– Yaponiya biokimyaçısı. Statin dərmanlarının hazırlanması üçün verdiyi töhfələrə görə tanınır.

Həyatı və fəaliyyəti Endo 1957-ci ildə Tohoku Universitetindən məzun olduqdan sonra dərman istehalı ilə məşğul olan "Sankyo" şirkətində işləməyə başlamışdır. 1966–1968-ci illərdə ABŞ-də təhsil almışdır. ABŞ-də olarkən yüksək xolesterolun səbəb olduğu ürək tutması halları onun diqqətini cəlb etmişdir.

Endo Yaponiyaya qayıtdıqdan sonra qida vasitəsilə qəbul edilən xolesterol miqdarını azaltmaq yerinə qaraciyərdə xolesterolun sintezinə mane olmağın daha effektiv olacağı qənaətinə gəlmişdir. O, iki il 6000-dən çox göbələk və kif növündəki kimyəvi birləşmələrini araşdırmaqla məşğul olmuşdur. Nəhayət 1973-cü ildə Kiotodakı bir düyü mağazasından götürdüyü göy kif nümunəsində sintetik inhibitor olan kompaktini kəşf etmişdir. O, bu maddənin xolestrolun sintezinə mane olan maddə olduğunu anlamışdır.

"Sankyo" şirkəti ilə əməkdaşlıq edən ABŞ-nin "Merck" şirkəti 1987-ci ildə statindən istifadə edərək dərman buraxan ilk şirkət olmuşdur. Növbəti illərdə "Sankyo" və digər şirkətlər ürək tutmasının qarşısının alınması və müalicəsi üçün effektiv olan bənzər dərmanları hazırlamağa başlamışdırlar.

Endo 1986–1997-ci illərdə Tokio Kənd Təsərrüfatı və Texnologiya Universitetində professor kimi işləmiş, 2008-ci ildə universitetin xüsusi fəxri professoru olmuşdur. 5 iyun 2024-cü ildə Tokioda ölmüşdür.

Mükafatları 2006-cı ildə Yaponiya Mükafatını, 2008-ci ildə ABŞ Lasker-DeBaki Klinik Tibbi Tədqiqat Mükafatını, 2017-ci ildə Kanada Qayrdner Beynəlxalq Mükafatını qazanmışdır. 2011-ci ildə Yaponiya hökuməti tərəfindən "Görkəmli mədəniyyət fiquru" adına layiq görülmüşdür. Adı "Nobel" mükafatı ilə hallanmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya biokimyaçıları Kateqoriya:Yaponiya mikrobioloqları