Azərbaycan Premyer Liqası 2024/2025 — futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü mövsümüdür.

2023/2024-cü illər mövsümündə turniri sonuncu — 10-cu pillədə baş vuran "Qəbələ" Premyer Liqadan Birinci Liqaya yuvarlandı. Son mövsümdə Birinci Liqanın çempionu olan "Şamaxı" isə Premyer Liqaya vəsiqə qazandı. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi 16 iyul tarixində baş tutdu. Yeni mövsüm avqustun 2-də start götürüb.

27 aprel 2025-ci ildə Premyer Liqanın 32-ci turunda "Sabah"la 1:1 hesabla bərabərə qalan "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib və bununla da tarixində 12-ci dəfə və ardıcıl olaraq 4-cü dəfə Premyer Liqanın çempionu olub.

Komandalar və məşqçiləri BL — Birinci Liqa PL — Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 10 futbol klubu mübarizə apardı. Onlardan doqquzu son mövsümdə Premyer Liqada, digər biri isə son mövsümdə Birinci Divizonda mübarizə aparmışdı. Komanda2023/2024RəhbərMəşqçiYaşTəyinatGöndərilməsiSəbəbLiqaYer Araz-Naxçıvan PL 8 Prezident Ramin Axundov Elmar Baxşiyev44 08.04.2024— Kəpəz PL 9 İH sədri İlqar Nadiri Adil Şükürov4812.11.2023 29.08.2024 Qarşılıqlı razılaşma əsasında Azər Bağırov40 01.09.2024— Neftçi PL 5 Baş icraçı direktor Cenk Sümər Roman Qriqorçuk5926.06.202407.10.2024 Qarşılıqlı razılaşma əsasında Samir Abbasov46 14.10.2024—QarabağPL1PrezidentTahir Gözəl Qurban Qurbanov5204.08.2008— Şamaxı BL 1 Prezident Elçin Usub Ayxan Abbasov4213.06.2024— Sabah PL 3 Prezident Maqsud Adıgözəlov Krunoslav Renduliç5105.03.2024 25.11.2024 Qarşılıqlı razılıq əsasında Vasili Berezutski4225.11.202414.06.2025Ailəvi səbəblərlə bağlı Səbail PL 6 Şahin Diniyev5828.12.202203.11.2024Vəzifəsindən istefa verib Elvin Məmmədov (müvəqqəti)3606.11.202412.11.2024müvəqqəti təyinat Cavid Hüseynov3612.11.2024— Sumqayıt PL 4 Prezident Riad Rəfiyev Samir Abbasov4629.09.202214.10.2024Məşqçinin şəxsi istəyi Vaqif Cavadov (müvəqqəti)35 14.10.2024—Turan TovuzPL7İH sədriEhtiram Quliyev Qurban Berdiyev7125.06.2024—ZirəPL2PrezidentTaleh Nəsibov Rəşad Sadıqov4217.07.2020—

Stadionlar KomandaStadionŞəhərTutumuOyun sayıAraz-NaxçıvanLiv Bona Dea Arena (Dalğa Arena)Xəzər rayonu6.700KəpəzGəncə şəhər stadionuGəncə —NeftçiNeftçi ArenaBakı11.000QarabağAzersun ArenaBakı5.800Tofiq Bəhramov adına Stadion31.200ŞamaxıŞamaxı şəhər stadionuŞamaxı2.200SabahBank Respublika ArenaXırdalan13.000SəbailASCO ArenaSəbail rayonu3.000SumqayıtKapital Bank ArenaSumqayıt1.400Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu9.502Turan TovuzTovuz şəhər stadionuTovuz7.000ZirəZirə qəsəbə stadionuXəzər rayonu1.500 +252x252px228x228px 244x244pxLiv Bona Dea ArenaGəncə şəhər stadionuNeftçi ArenaTofiq Bəhramov adına stadionŞamaxı şəhər stadionuTutumu: 6.700Tutumu: —Tutumu: 11.000Tutumu: 31.200Tutumu: 2.200Komanda: Araz-NaxçıvanKomanda: KəpəzKomanda: NeftçiKomanda: QarabağKomanda: Şamaxı236x236px210x210px 256x256px256x256pxBank Respublika ArenaASCO ArenaMehdi Hüseynzadə stadionuTovuz şəhər stadionuZirə qəsəbə stadionuTutumu: 13.000Tutumu: 3.000Tutumu: 9.502Tutumu: 7.000Tutumu: 1.500Komanda: SabahKomanda: SəbailKomanda: SumqayıtKomanda: Turan TovuzKomanda: Zirə

Turnir cədvəli

Nəticələr Klublar bir-biri ilə 4 dəfə, ümumilikdə 36 matç keçirir.

1–18-ci turun matçları

19–36-cı turun matçları

Statistikalar 2024/25 mövsümündə Premyer Liqanın oyunlarını ümumilikdə 275 933 tamaşaçı izləyib, oynanılan 180 oyun üçün ortalama tamaşaçı sayı 1 533 nəfər təşkil edib. Tamaşaçı baxımından ən yüksək göstərici "Turan Tovuz" komandasında olub, komandanın oyunlarını ümumilikdə 78 500 nəfər, orta hesabla hər oyunda 4 361 tamaşaçı izləyib.

Rekordlar 2024/25 mövsümündə "Turan Tovuz" oynadığı ilk 5 matçda heç bir qol buraxmayaraq ölkə çempionatlarının 32 illik tarixində bunu edən 7-ci komanda olub. Belə ki, klubun "Neftçi" ilə matçı 0:0 hesabı ilə bitib və onlar ardınca "Sumqayıt", "Qarabağ" və "Səbail"i bir, "Kəpəz"i isə üç cavabsız qolla məğlub ediblər. Bu rekordu ən son 2016/17 mövsümündə "Qəbələ" təkrarlamışdır. "Turan Tovuz"un qapıçısı İvan Konozalov isə 2016/17 mövsümündə "Qəbələ"nin qapıçısı olmuş Dmitri Bezotosnıdan sonra ölkə çempionatları tarixində ilk 5 matçda qapını təmiz saxlamış ikinci legioner qapıçı olub.

"Neftçi" 32 ildə ikinci dəfə olaraq oynadığı ilk 9 matçda qələbə qazana bilməyib. Onlar "Turan Tovuz" və "Şamaxı" ilə matçlarını qolsuz yekunlaşdırmış, "Səbail" və "Araz-Naxçıvan"la isə 1:1 hesablı heç-heçə etmişlər. Klub ilk dəfə yeddi il əvvəl, 2017/18 mövsümündə ilk 5 matçında qələbə qazana bilməyib, həmin mövsüm bu qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

20 sentyabrda, 7-ci turun "Qarabağ" və "Neftçi"nin qarşılaşdığı matçında "Neftçi"nin futbolçusu Robert Bauer öz qapılarına qol vuraraq mövsümün ilk avtoqolunun müəllifi olub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olmaqla birlikdə, klubun öz qapısına vurduğu 25-ci avtoqol olub ki, bu da turnirin tarixində antirekorddur. Bu qol ilə həmçinin "Qarabağ" öz tarixində 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

İlk 18 turun yekununda mövsümün azarkeş sayı rekordu XV turda keçirilmiş "Neftçi" – "Qarabağ" (3:0) qarşılaşmasında qeydə alınmış, Neftçi Arenada keçirilən matçı 7069 azarkeş izləmişdir.

2024/2025 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb. Bu, ölkə çempionatlarında ilin ən erkən startıdır. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.

XIII turda, 16 fevral 2025-ci ildə "Neftçi Arena"da baş tutan "Neftçi" və "Qarabağ" arasındakı derbi matçı 9 355 tamaşaçı ilə Premyer Liqanın 2024/25 mövsümünün ən çox izlənilən oyunu olub.

Futbolçular üzrə göstəricilər

Bombardirlər 1 Leandro AndradeQarabağ152 Salifu SumaZirə123 Davit VolkovZirə11 Cesse SekidikaSabah4 Felipe SantosAraz-Naxçıvan105 Coy-Lens MikelsSabah9 Nəriman AxundzadəQarabağ Rafael UtziqZirə Pavol SafrankoSabah6 Filip OzobiçNeftçi8 Aleksey KaşşukQarabağ Brahim KonateŞamaxı7 Yassin BenziaQarabağ7 Giorgi PapunaşviliZirə Aleks SouzaTuran Tovuz

Məhsuldar ötürmələr 1 Leandro AndradeQarabağ82 Boyan LetiçSabah63 Nəriman AxundzadəQarabağ4 Yassin BenziaQarabağ5 Davit VolkovSabah

Quru oyunlar 1 Aydın BayramovZirə172 Kristian AvramAraz-Naxçıvan163 Mateuş KoxalskiQarabağ114 İvan KonovalovTuran Tovuz105 Rojerio SantosKəpəz9

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası mövsümləri Kateqoriya:2024/2025 mövsümündə Azərbaycanda futbol