Yaşar Yakış () — Türkiyə siyasətçisi, Türkiyənin keçmiş xarici işlər naziri (2002–2003).
Həyatı 1938-ci ildə Düzcədə laz əsilli ailədə anadan olmuşdur.
Laqos, Roma və Dəməşqdəki səfirliklərdə və NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri kimi Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış Koordinasiya Şurasına rəhbərlik edib. 2002–2003-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb.
26 iyun 2024-cü ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri
Kateqoriya:TBMM XXII çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları