Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi Diqqətəlayiq şəxsləri İbrahim Rəhimov — həkim diplomu almış ilk azərbaycanlı, Azərbaycanın ilk psixiatr həkimi. Süleyman bəy Əfəndiyev (ata yurdu) ( 1864–1919) — AXC ordusunun general-mayoru. Mahmud bəy Əfəndiyev — Azərbaycan Xalq Cümhuriyyətinin Batumdakı ilk konsulu və baş konsulu. Sona Vəlixan — Azərbaycanın ilk qadın göz həkimi. Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı. Mustafa Əfəndiyev (aqronom) — əməkdar aqronom, Sosialist Əməyi Qəhrəmanı. Mahmud Əfəndiyev — Sosialist Əməyi Qəhrəmanı. Mikayıl Qiyasbəyov — hərbi pilot. Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru. Yaqub Eyyubov (ata yurdu) (1945) – Azərbaycan Respublikası baş nazirinin birinci müavini. Şəmistan Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. Süleyman Tatlıyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi. Barat Qaravəliyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi. Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanın ilk orqan ifaçısı. Sabir Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964). Məmməd Abdullayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. Musa Əzimov — fizika- riyaziyyat elmləri doktoru, dosent. Arif Qədiməliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. Pərvin Hacıyev — Azərbaycan Sərhəd Qoşunlarının polkovnik–leytenantı, İkinci Qarabağ müharibəsi veteranı, "Zəfər" ordeni laureatı. Xaliddin Tatlıyev — neftçi

İqtisadiyyatı Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur.Ağstafa kəndlərinin qazlaşdırılması davam etdirilir – ganca.az Dağ Kəsəmən kəndi su ilə təmin edilməmişdir, sakinlər su problem yaşayırlar.

Mənbə AĞSTAFA İsmayıl Umudlu. Dağ Kəsəmən. Yurd bilgisi, insanlar, talelər. "Apostrof" nəşriyyatı, Bakı, 2009. 488 səh.

İstinadlar

Xarici keçidlər Bələdiyyə informasiya mərkəzi

Kateqoriya:Ağstafa rayonunun kəndləri