Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası — Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb.League of Nations Treaty Series, vol. 182, pp. 38–103. Tarixi Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi. Bu, Misir hökumətinin kapitulyasiyaların tamamilə ləğvi ilə bağlı tələblərini təmin etmədi.

1936-cı il İngiltərə-Misir Müqaviləsinin bağlanmasından sonra Misirdə kapitulyasiyaların ləğvi ilə bağlı danışıqlara başlayanda yeni bir fürsət yarandı. Bu, konvensiyanın bağlanmasına səbəb oldu.

Bağlanılması və şərtləri Konvensiya 8 may 1937-ci ildə İsveçrənin Montrö şəhərində imzalandı. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri imzaladı. 1937-ci il oktyabrın 15-də qüvvəyə mindi və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alındı.

Müqavilə kapitulyasiyaların tamamilə ləğvini və əcnəbilərin Misirdə yerləşdirilməsini Misir hüquq sistemi altında həyata keçirilməsini nəzərdə tuturdu. Konsulluq məhkəmələrinin ləğvi üçün təyin olunan tarix 12 illik keçid dövründən sonra 1949-cu il oktyabrın 15-inə qədər olmalı idi.

İstinadlar

Xarici keçidlər Text of the convention Yunan Labib Rizk, "The way to Montreux" Al-Ahram Weekly, Issue No. 676 (5 - 11 February 2004) Yunan Labib Rizk, "The end of the third reservation" Al-Ahram Weekly, Issue No. 764 (13 - 19 October 2005)

Kateqoriya:Misirin siyasi tarixi Kateqoriya:Misirin müqavilələri Kateqoriya:Aralıq dənizi regionunun tarixi Kateqoriya:Millətlər Liqası Kateqoriya:Montrö Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri