Ørsted A/S (Ersted) — Danimarkanın neft və qaz layihələri, eləcə də bioenerji layihələri inkişaf etdirən ən böyük enerji şirkəti.

Şirkətin köhnə adı — Dansk Olie & Naturgas (DONG, və ya Dong Energy), adı dəyişdirilərək 6 noyabr 2017-ci ildə şirkət neft və qaz yataqlarının işlənməsindən imtina edərək yaşıl enerjiyə tələbatını artırıb. İndi şirkət dəniz külək enerjisi seqmentində dünya lideridir: Ørsted dəniz külək stansiyaları, Danimarkadan əlavə, Böyük Britaniya, Almaniya, Hollandiya, ABŞ və Tayvanda quraşdırılır. Böyük Britaniyada Ørsted Hornsea 3 layihəsində iştirak edir 2016-cı ilin əvvəlində Ørsted təxminən 3 GVt dəniz elektrik stansiyalarına sahib idi (qlobal gücün 25%-i); 2020-ci ilə qədər ümumi gücü 7,45 GVt-a, istehsal olunan elektrik enerjisinin dəyərini isə hər kilovat üçün 7,8 avro sentə çatdırmağı planlaşdırır.

İstinadlar

Kateqoriya:Neft şirkətləri