Sabiqlər — tammetrajlı Azərbaycan televiziya tamaşası. Rejissor Ələkbər Kazımovski tərəfindən 1999-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr sabiq vəzifə sahiblərinin ailəsində və ətrafında cərəyan edir. Əsas rolları Səyavuş Aslan, Yaşar Nuri, Elxan Ağahüseynoğlu, Kübra Əliyeva,Firəngiz Mütəllimova, Səidə Quliyeva və Məcnun Hacıbəyov ifa edirlər. Əsərin müəllifi Seyfəddin Dağlıdır.http://www.anl.az/down/meqale/turkustan/2023/sentyabr/864894(meqale).pdf

Məzmun Film-tamaşada hadisələr sabiq vəzifə sahiblərinin ailəsində və ətrafında cərəyan edir. Belə ki, sabiq nazir (Səyavuş Aslan), sabiq rəis(Yaşar Nuri), sabiq müdir(Elxan Ağahüseynoğlu) sərxoşluqa mübtəla olduqda, əvvəla, qəm dəryasına düçar olur, daha sonra vəzifələrini əldən verdiklərini unudurlar, xülasə, məhzəkədən yan ötməyən vəziyyət yaranır. Hadisələr məhz vəzifə sahiblərinin sabiqliyinin bərqərar olması ilə üz verir.(Sabiqlərin Fərəc dayının evinə qonaqlığa gəlməsi ilə) Sabiqlər vəzifə sahibi olduğu zamanları xatırlayaraq, hərçənd onlardan biri bəd rəftarına, digəri həyatdan geri qaldığına, bir digəri isə nəfsli olduğuna görə işdən azad edilmişdi, fəqət özxoşuna vəzifədən imtina etdiklərini dilə gətirirdilər. Film-tamaşada nəinki sabiqlər, o cümlədən onların xanımları da ötən günləri xatırlayıb indiki vəziyyətlərindən gileylənirlər. Seyfəddin Dağlının "Sabiqlər" əsərində olduğu kimi film-tamaşada da zəmanənin etinasız, acgöz, milli məfkurəyə yad vəzifə sahibləri təndiq edilir, gülüş obyektinə çevrilir.

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Seyfəddin Dağlı

Rejissor: Ələkbər Kazımovski

Operator: Aydın Mansurov

Rollarda Səyavuş Aslan — sabiq nazir

Yaşar Nuri — sabiq rəis

Elxan Ağahüseynoğlu — sabiq müdir

Kübra Əliyeva — sabiq nazirin xanımı

Firəngiz Mütəllimova — sabiq rəisin xanımı

Səidə Quliyeva — sabiq müdirin xanımı

Məcnun Hacıbəyov — Fərəc dayı

Mahirə Yaqubova — Fərəc dayının xanımı

Şövqi Hüseynov — Gündüz (Ayazın dostu)

Nofəl Vəliyev — Ayaz(Fərəc dayının oğlu)

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1990-cı illər Azərbaycan filmlərinin siyahısı

İstinadlar

Kateqoriya:1999-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan televiziya tamaşaları