"Azadlıq Prospekti" metrostansiyası — Bakı metrosunda stansiya.

Xarakteristikası "Azadlıq Prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır.

"Azadlıq Prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşdiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir.

Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.

Stansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.

Xarici keçidlər

metro.gov.az

İstinadlar

Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar