Choi Soobin (kor. 최수빈; 5 Dekabr 2000, Ansan-si) — Səhnə adı ilə Soobin, Big Hit Music altında Cənubi Koreyalı müğənni-bəstəkardır. O, TOMORROW X TOGETHER oğlan qrupunun üzvü və lideridir.

Tarix Soobin, 5 Dekabr, 2000-ci ildə Cənubi Koreyada, Ansan-si şəhərindən anadan olmuşdur. Soobin ailəsində ən kiçiyidir. Onun bir böyük bacısı və qardaşı var.

Dinləməsi Soobin Big Hit kompaniyasına girməyə gərar verdikdən sonra kompaniyaya e-poçt dinləməsi göndərdi, lakin utancaq olduğu üçün heç kimə demədən bunu yataq otağının küncündə lentə aldı. Big Hit-in siyasəti belədir ki, 1-2 həftə ərzində cavab eşitməsəniz, keçmədiyinizi güman edə bilərsiniz. Soobin həmin vaxt aralığında cavab eşitmədiyi üçün, o, keçmədiyini düşünüb, diqqətini məktəbə yönəltməyə qərar verdi. İki ay sonra Big Hit-dən ona zəng gələrək, birinci raunddan keçməsi münasibətilə təbrik etdi. Məlum oldu ki, o, dinləmə formasında telefon nömrəsini səhv yazmışdı, ona görə də Big Hit işçiləri son iki ay ərzində onun əsl nömrəsini axtarmağa çalışırdılar. Gecikmə səbəbindən Big Hit ondan həmin həftə şəxsən canlı dinləmələrə gəlməsini istədi. Soobin metro sistemi ilə tanış olmadığı üçün özü ilə dostunu da gətirdi. Qısa xəbərdarlığa görə, ozünü həqiqətən əsəbi və hazırlıqsız hiss etdi, buna görə də mahnı sözlərini qarışdırdı və hətta düzgün şəkildə vidalaşa bilmədi. Soobin dostunun qolundan asılıb. özünü təsəlli etmək üçün, evə qayıdarkən 5 ədəd dondurma yedi. Amma ona tezliklə dinləməyi keçdiyi və Big Hitdə trainee ola biləcəyi barədə zəng gəldi.

2019: TOMORROW X TOGETHER ilə debüt 13 yanvar 2019-cu ildə Soobin tizer videosunun yayımlanması ilə TOMORROW X TOGETHER qrupunun ikinci üzvü kimi təqdim edildi.

TOMORROW X TOGETHER, 4 mart 2019-cu ildə ilk minialbomu The Dream Chapter: STAR ilə debüt etdi.

Yaradıcılığı Soobin aşağıdakı mahnıların bəstələnməsində/yazılmasında iştirak etmişdir: AlbomMahnıBuraxılış tarixiThe Dream Chapter: ETERNITYMaze in the Mirror18 May, 2020 -SweatMinisode 1: Blue HourGhosting26 Oktyabr, 2020The Chaos Chapter: FREEZEIce Cream31 May, 2021The Chaos Chapter: FIGHT OR ESCAPEMOA Diary (Dubaddu Wari Wari)17 Avqust, 2021Chaotic WonderlandMOA Diary (Dubaddu Wari Wari) (Japanese Ver.)10 Noyabr, 2021 -Sweet Dreams22 Dekabr, 2021The Name Chapter: TEMPTATIONHappy Fools (feat. Coi Leray)27 Yanvar, 2023 -Happy Fools (TOMORROW X TOGETHER Ver.)28 Fevral, 2023The Name Chapter: FREEFALLDreamer13 Oktyabr, 2023Blue SpringMinisode 3: TOMORROWMiracle1 Aprel, 2024Quarter LifeThe Star Chapter: SANCTUARYHeaven4 Noyabr, 2024Resist (Not Gonna Run Away)

Fərdi işi 13 Fevral, 2024-cü ildə, Soobin Cənubi Koreyalı müğənni Choi Yurinin "숲" [Sup] adlı mahnısını cover etmişdir.

2020-2021: Music Bank 20 iyul 2020-ci ildə Soobinin Oh My Girl üzvü Arin ilə birlikdə Cənubi Koreyanın Music Bank musiqi şousunun yeni MC olduğu elan edildi. O, 24 iyul 2020-ci il tarixindən 1 oktyabr 2021-ci il tarixinədək verilişin aparıcılığını etdi.

Filmoqrafiya

Televiziya İlBaşlıqHaqqında2019One Dream.TXTRealiti şou, 8 seriya2021PlaygroundEnhypen ilə; Ay Yeni ili xüsusi estrada şousu, 2 bölümTo Do X Tomorrow X TogetherEstrada şou

Onlayn şoular YearTitleNotes2019–indiyə kimiTalk X TodayRealiti şou 5 sezon2020–indiyə kimiTo Do X Tomorrow X TogetherEstrada tamaşası2019Welcome Back ShowMnet və M2-də comeback nümayişi2020Weekly TXTHəftəlik yapon realiti şousuTalk X Today ZeroDebüt öncəsi realiti şouCOMEBACK SHOW (THE DREAM CHAPTER : ETERNITY)Mnet və M2-də comeback nümayişiComeback Show : Blue HourMnet və M2-də comeback nümayişi2021Tomorrow X Together Map for "Still Dreaming"Still Dreaming hazırlığına dair Yapon sənədli şousu, 4 seriyaSmash. RestaurantHəftəlik yapon realiti şousuCOMEBACK SHOW 'FREEZE''' |Mnet və M2-də comeback nümayişi |- | rowspan="3" |2022 |Backstage|Enhypen ilə xüsusi əməkdaşlıq sənədli filmi |- |Smash. Villa|Həftəlik yapon realiti şousu |- |COMEBACK SHOW : Thursday's Child|Mnet və M2-də comeback nümayişi |- |2023 |Tomorrow X Together: Our Lost Summer''Disney+ -da mövcud olan sənədli film

İstinadlar

Kateqoriya:K-pop Kateqoriya:K-pop musiqi qrupları Kateqoriya:K-pop musiqiçiləri __NOEDITSECTION__ Kateqoriya:Hybe Corporation artistləri Kateqoriya:Cənubi Koreya musiqiçiləri Kateqoriya:Cənubi Koreya müğənniləri