thumb|I-HAWK atılarkən

MIM-23 Hawk — Raytheon Company şirkəti tərəfindən hazırlanmış olan sistem ən effektiv orta mənzilli hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.Tony Cullen and Christopher F. Foss (Eds), Jane's Land-Based Air Defence Ninth Edition 1996–97, p. 296, Coulsdon: Jane's Information Group, 1996. Orta mənzilli hava hücumundan müdafiə sistemi olsa da, aşağı hündürlükdə uçan hədəflər üçün uyğunlaşdırılmışdır. Onun tam adı belədir: "Homing All the way to Kill". Standart buraxılış qurğusunda üç ədəd raket daşıyır. Improved (Təkmilləşdirilmiş) - HAWK-ın mühərrik performansı artırılmış və elektron müharibəyə qarşı müdafiəsi maksimum dərəcədə yüksəldilmişdir. Onun maksimum mənzili 35 km, maksimum uçuş hündürlüyü isə 18-km təşkil edir. İsrailin I-HAWK raketi, 1982-ci ildə 21 km hündürlükdə uçan bir MiQ-25 döyüş təyyarəsini vurmağa nail olmuşdur. X diapazonlu radar başlığı ilə idarə olunan I-HAWK raketinin döyüş başlığı 54 kq ağırlığında olub, hissəcik və partlama effektinə malikdir. Bu günə qədər istehsal olunan 36 min ədəd raketdən 11800 ədədi NATO ölkələrinin inventarına daxil edilmişdir.

Radar

Hədəfi müəyyənləşdirmə radarı AN/MPQ-51 (Improved Hawk - Phase II) bir Ku Band (Tezlik aralığı:15,5-17,5 GHz) zərbə (pulse) modilyasiya Radarıdır.

Çıxış gücü: 120 kW Zərbə müddəti: 0,6 µs Mənzil 83 km-lik versiyada 3 m² hədəf 78 km-lik versiyada 2,4 m² hədəf 63 km-lik versiyada 1 m² hədəf

Hədəfi vurma ehtimalı

Təyyarələrə qarşı 85%

Texniki xüsusiyyətləri

Növ: SAM surface to air (yer-hava raketi)

İstehsalçı: ABŞ/Raytheon Company

Uzunluğu: 5,07 m Eni: 0,87 m Qanad uzunluğu: 1,19 m Mühərrik: qatı maye yanacaq Sürəti: 3 Mach Maksimum mənzili: 40 km Buraxılış ağırlığı: 584 kq Xidmət hündürlüyü: 35000 feet/10,66 km Döyüş başlığı: 54 kq Dağıtma radiusu: 17 m Raketin qiyməti: 500 min $

İstifadəçilər thumb|Mobil Hawk

(2005-ci ildən etibarən istifadə edilmir)

İstinadlar

Kateqoriya:Raket kompleksləri