və ya doğum adı ilə – Yaponiya din xadimi. Oomoto dini hərəkatının əsas liderlərindən biri olmuşdur.
İlk illəri Kisaburo Ueda 1871-ci ildə Yaponiyanın Kioto prefekturasında yerləşən Anao şəhərində (indiki Kameoka şəhəri) kəndli ailəsində doğulmuşdur. Təhsilə və öyrənməyə böyük marağı olsa da, sadəcə yerli müəllimlərdən dərslər ala bilmiş, rəsmi təhsil almamışdır. Müəllimliklə maraqlanmışdır.
Oomoto dini Ueda 1898-ci ildə quldurların kəndə etdikləri hücumdan sonra Şuqendo təlimindəkinə oxşar dini təcrübələr yaşadığını iddia etməyə başlamış, şaman kimi ad çıxarmışdır. Şintoizmlə məşğul olmağa başlamış, yanına gələn şəxsləri trans vəziyyətinə soxan, hər bir bədənə hökm edən ilahi gücü çəkdiyini iddia etdiyi qədim texnikanı tətbiq etməyə başlamışdır.
O, 1898-ci ildə onun kimi dini təcrübələr yaşayan Nao Dequçi ilə tanış olmuş və onun dini hərəkatına qoşulmuşdur. Tezliklə Naonun qızı Sumi ilə evlənmiş, Dequçi soyadını götürmüş və Oomoto dininin liderlərindən birinə çevrilmişdir. Şintoizm praktikaları haqqında məlumatlı olan Dequçi Naonun vəhylərini Yaponiyanın sürətli sənayeşləmə dövründə əziyyət çəkən kütləyə xitab edəcək terminlərlə ifadə etməyi bacarmışdır. Onun rəhbərliyi altında Oomoto adını alan bu dini hərəkat sürətlə yayılsa da, gələcəkdə dünyanın yenidən qurulması fikrini müdafiə etməsi Yaponiya hökumətinin dövlət şintoizmi ideyası ilə ziddiyyət təşkil edirdi. O, dövlətin şinto siyasətini tənqid etmək üçün yayımlara başlamış, ağ ata minmiş və səyahətlərində motosikldan istifadə etmişdir. Bu səbəbdən Dequçi 1921-ci ildə həbsdə olmuş, Monqolustana sığınaraq özünü "Dünyanın xilaskarı" elan etmiş və yaratmışdır.
Dequçi öz ruhani səyahətindən bəhs edən 81 cildlik "Reykay monoqatari" (1921–1927; 1934–1935) əsərini nəşr etdirmiş, dinində istifadə etmək üçün esperanto dilini öyrənmiş və xarici ölkələrə missionerlər göndərmişdir. 1935-ci ildə polislər onun dini mərkəzlərinə basqın təşkil edərək Dequçini həbs etmiş, dini məhv etməyə çalışmışdırlar. Həbsdə olarkən 600.000 dini şeir yazmışdır. O, 1942-ci ildə həbsdən çıxmış, İkinci Dünya müharibəsindən sonra Oomoto dininin bərpası üçün çalışmışdır. Dinlə yanaşı dulusçuluq, rəssamlıq və xəttatlıq ilə məşğul olmuşdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Onisaburo Dequçinin Ayı
Kateqoriya:Yaponiyanın din xadimləri Kateqoriya:Yaponiya esperantoçuları Kateqoriya:Yaponiya şintoistləri Kateqoriya:Dinlərin baniləri Kateqoriya:Vaka şairləri