Qırmızı məscid — İran Azərbaycanının Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Çors kəndində yerləşən məscid.

Tarix Çors kəndinin tam ortasında yerləşən məscidin girişində yerləşən kiçik daş kitabədən bilindiyi kimi məscid Şah Sultan Hüseyn Səfəvi dövründə Xoy bölgəsinin hakimi olan Murtuzaquluxan Dünbüli tərəfindən inşa edilmişdir. Məscid sonrakı dövrlərdə o cümlədən Xoy xanlığı və Qacar dövləti dövründə təmir olunsa da hal hazırda qəzalı vəziyyətdədir.

Memarlığı Məscidin planı dördbucaq şəklində olaraq minarəsi yoxdur. Binanın daş sütunları naxışsız və sadədir. Məscidin damı isə kiçik qübbələr ilə örtülmüşdür. Qırmızı kərpiçlərdən tikildiyinə görə məscid yerli əhali arasında Qırmızı məscid adı ilə tanınır.

Qalereya

İstinadlar

Kateqoriya:İran məscidləri