Erməni Rita (; ) — Erməni-Kilikiya çarı II Levonun qızı, Bizans imperatriçası.Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862 Evləndikdən sonra adı Mariya Dukan Paleoloq () olaraq dəyişdirildi.Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9

16 yanvar 1294-cü ildə Ayasofiyada keçirilən mərasimlə Bizans imperatoru II Andronikin varisi Mixaillə evləndirildi. 21 may 1294-cü ildə baş tutan tacqoyma mərasimində ortaq imperator elan edilən ərinin yanında imperatriça elan edildi. Ancaq o əsnada ortaq imperator olan qaynatası II Andronikin xanımı İrina həyatda idi və bu səbəblə, Montferratlı İrinanın öldüyü 1317-ci ilədək kiçik imperatriça olaraq anımağa başlandı. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

III Andronik (1297-1341), Bizans imperatoru Manuel Paleoloq – qardaşı III Andronikin əmriylə 1320-ci ildə öldürüldü.S.B. Dashkov. "Императоры Византии // Андроник III Палеолог [Emperors of Byzantium // Andronicus III Palaeologus]". Церковно-Научный Центр "Православная Энциклопедия" (in Russian) Anna Paleoloq (ö. 1320) – İlk evliliyi 1307-ci ildə Epir çarı I Tomas Komnini ilə, ikinci evliliyi isə 1318-ci ildə Epir çarı Nikolay Orsini ilə baş tutdu. Teodora Paleoloq (ö. 1330'dan sonra) – İlk evliliyi 1308-ci ildə Bulqar çarı Fyodor Svetoslavla, ikinci evliliyi isə 1324-cü ildə digər Bulqar çarı III Mixaillə baş tutdu.

Övladları Anna və Manuelin, ardından isə əri IX Mixailin vəfatından sonra monastıra çəkilən Rita Xene adını alaraq qalan həyatını rahibə olaraq yaşadı və 1333-cü ilin iyulunda vəfat etdi.

Mənbə

Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. University of Michigan Press. ISBN 0472082604 Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916

İstinadlar

Kateqoriya:Ermənistan tarixi