M3QAN ( ) — rejissor Cerard Constounun 2022-ci ildə çəkdiyi Amerika istehsalı olan elmi fantastika qorxu filmidir. Filmdə baş rolları Ellison Uilyams, Cenna Devis və Vayolet MakQrou ifa etmişdir. Filmin premyerası 2022-ci ilin dekabr ayının 7-də Los-Ancelesdə baş tutmuş və film 6 yanvar 2023-cü ildə geniş ictimaiyyətə təqdim edilmişdir. Film böyük bir kassa müvəffəqiyyəti əldə etmiş və tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Artıq 17 yanvar 2025-ci ildə premyerası planlaşdırılan “M3QAN 2.0” adlı bu filmin davamı sifariş olunmuşdur.

Süjet xətti

Cemma adlı tanınmış robotlar üzrə texnoloq-mütəxəssis bu yaxınlarda yetim qalmış qardaşı qızı olan Keydinin qayğısına qalmamaq üçün bu işi bir mexaniki köməkçiyə — uşaqlar üçün ən yaxşı dost və valideynlər üçün əsas köməkçi kimi hazırladığı M3QAN adlı robot kuklaya həvalə edir. Tezliklə kukla öz vəzifəsini tam olaraq dərk edir və hətta Cemma və Kedi üçün təhlükə hesab etdiyi insanları öldürməyə başlayır. Beləliklə də işlər tam olaraq nəzarətdən çıxır.

Rollarda

Ellison Uilyams — Cemma Vayolet MakQrou — Keydi Emi Donald — М3QAN Cenna Devis — M3QAN (səs) Cen Braun — Tess Brayn Cordan Alvarez — Koul Cek Kessidi — Brendon Ronnie Çien — Deyvid Lori Dunqi — Seliya Stefan Qarno — Kurt Arlo Qrin — Rayan Millen Beyrid — polis detektivi

Çəkilişlər və premyerası

Filmin çəkilişlərinə 2021-ci ilin iyul ayında başlanılmış və çəkilişlər Los-Anceles ilə Yeni Zelandiyanın Oklend şəhərlərində aparılmışdır. Filmdə baş rolları Ellison Uilyams, Cenna Devis və Vayolet MakQrou ifa etmişdirlər. Filmin premyerası 7 dekabr 2022-ci ildə Los-Anceles şəhərində baş tutmuş, 6 yanvar 2023-cü ildə isə film geniş ictimaiyyətə təqdim edilmişdir.

2022-ci ilin noyabr ayında məlum olmuşdur ki, filmin davamı da ola bilər. 2023-cü ilin yanvar ayında "M3QAN 2.0" filminin istehsalına rəsmi olaraq sifariş verilmişdir. Bu filmin premyerası 17 yanvar 2025-ci ilə planlaşdırılır.

İstinadlar

Kateqoriya:Süni intellekt haqqında filmlər Kateqoriya:2022-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastika qorxu filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Robot filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:Sietl haqqında filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:Ceyson Blamın prodüseri olduğu filmlər Kateqoriya:Uydurma süni intellektlar Kateqoriya:Komediya filmləri