Hitç () — Rejissor Endi Tennantın 2005-ci ildə çəkdiyi romantik komediya filmi. Filmdə baş rolları Uill Smit, Eva Mendes, Kevin Ceyms və Amber Valletta oynamışdırlar. Filmin süjet xətti Kevin Biş tərəfindən yazılmışdır. Filmin süjet xətti kişilərə qadınları necə cəlb etməyi öyrətməklə dolanan, özünü peşəkar "görüş həkimi" təqdim edən Aleks "Hitç" Hitçensdən (Uill Smit) bəhs edir. Hitç son müştərisinə xəyallarındakı qadını cəlb etməyə kömək edərkən, Hitçin özünün aşiq olduğu qadın onun bu oyunlarını öyrənərək öz işlədiyi qəzetdə onu ifşa edir.

Columbia Pictures 11 fevral 2005-ci ildə filmin təqdimatını keçirmişdir. Film tənqidçilərdən müsbət rəylər almış və dünya üzrə 371,6 milyon dollar qazanaraq 2005-ci ilin ən çox gəlir gətirən onuncu filmi olmuşdur.

İstinadlar

Kateqoriya:2005-ci ilin ABŞ filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Romantik filmlər