thumb|350px|right|"Cosmo Clock 21" Cosmo Clock 21 – Yaponiyanın Yokohama şəhərindəki Minato Miray 21 rayonunda yerləşən "Cosmo World" əyləncə parkında şeytan çarxı. 1989-cu ildə tikilən "Cosmo Clock 21" 1992-ci ildə Şiqa şəhərindəki "Igosu 108" şeytan çarxının tikintisinə qədər dünyanın ən hündür şeytan çarxı olmuşdur.
Tarixi və xüsusiyyətləri "Cosmo Clock 21" 1989-cu ildə Minato Miray 21 rayonunda baş tutmuş YES '89 Yokohama Sərgisi üçün tikilmişdir. Orijinal hündürlüyü 107,5 metr idi.
1997-ci ildə sökülmüş və 1999-cu ildə daha hündür bünövrəyə köçürülmüşdür. Nəticədə, strukturun hündürlüyü 112,5 metr olmuşdur.Senyo Kogyo Co, Ltd. - Cosmo Clock 21
"Cosmo Clock 21"-ın 60 sərnişin kabini varCosmo world və hər kabin 8 nəfəri daşıma imkanına malikdir. 100 metrlik diametrə malik çarxda bir dövr 15 dəqiqə çəkir.Yokohama - my favorite tour Akai Kutsu tour1
Filmlərdə "Cosmo Clock 21" 1992-ci ildə çəkilmiş "Qodzilla Motraya" qarşı filminin döyüş səhnəsində görünmüşdür. Filmdə Battra strukturu qaldıraraq Qodzillaya keçirməyə çalışır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yokohama tikililəri Kateqoriya:Yaponiyadakı şeytan çarxları Kateqoriya:1989-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Yokohamanın görməli yerləri