Aleksey Karataşov (5 oktyabr 2008) — Azərbaycan batut gimnastı.
Karyerası Aleksey Karataşov 2008-ci ildə anadan olub.
Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür.
Uğurları
2018 2018-ci ilin 3–7 iyul tarixlərində Krasnodarda keçirilmiş batut gimnastikası və tamblinq üzrə Ümum-Rusiya yarışlarında 9–10 yaş qrupunda birinci yeri tutmuşdur.
2019 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışında tamblinq üzrə 11–12 yaş qrupunda qızıl medal qazanmışdır.
2021 2021-ci ildə Rusiyanın Stavropol əyalətinin Mineralnıye Vodı şəhərində təşkil olunmuş tamblinqçilərin "Tullanış ulduzları" () yarışında gənclər üzrə üçüncü yeri tutmuşdur.
2022 Tamblinq idmanı üzrə 2022-ci ildə Almatı şəhərində baş tutmuş Açıq Qazaxıstan çempionatında komanda yarışında ikinci, Portuqaliyanın Koimbra şəhərində keçirilmiş "Coimbra Gym Fest 2022" beynəlxalq turnirində fərdi proqramda birinci, Bakıda təşkil olunmuş Azərbaycan birinciliyində üçüncü, Polşanın Krakov şəhərində baş tutmuş Vavel beynəlxalq turnirində birinci yeri tutmuşdur.
2023 2023-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində təşkil olunmuş 30-cu Dünya Yaş Qrupları Yarışında tamblinq üzrə bürünc, Portuqaliyanın Santarem şəhərində baş tutmuş "ScalabisCup" beynəlxalq turnirində komanda hesabında gümüş, Polşanın Krakov şəhərində baş tutmuş Vavel beynəlxalq turnirində tamblinq üzrə 15–16 yaş birinci yeri tutmuşdur.
2024 2024-cü ildə Krakovda keçirilmiş 11-ci Vavel beynəlxalq turnirində, Koimbra şəhərində keçirilmiş "Coimbra Gym Fest 2024" beynəlxalq turnirində tamblinq üzrə və Almatıda baş tutmuş beynəlxalq turnirdə fərdi və komanda hesabı ilə birinci yeri tutmuş, Portuqaliyanın Qimarayeş şəhərində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatının finalçısı olmuşdur.
Həmçinin bax Azərbaycanda batut gimnastikası Tamblinq
İstinadlar
Xarici keçidlər Aleksey Karataşov — idmançı profili
Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:Azərbaycanın batut gimnastları