Gövhərşad məscidi üsyanı () —1935-ci ilin avqustunda İranın Məşhəd şəhərindəki İmam Rza türbəsində Pəhləvi sülaləsindən olan Rza şahın qərbləşdirmə və dünyəvi siyasətinə qarşı reaksiya alovlandığı zaman baş tutmuş üsyan.

Hadisə "qanlı hadisə" kimi qiymətləndirilir.

Zəmin Rza şahın şiə cəmiyyətinə qarşı zorakı Qərbləşdirmə kampaniyası 1935-ci ilin yayında şahın ənənəvi islam geyimlərini qadağan etdiyi və bütün kişilərə Avropa tipli papaqlar taxmağa məcbur edilməsi əmri verdikdə rejimlə düşmənçilikdə kəskin artım görmüşdür.Milani, Farzaneh (1992). Veils and Words: The Emerging Voices of Iranian Women Writers, Syracuse, New York: Syracuse University Press, pp. 19, 34–37, Majd, Mohammad Gholi (2001). Great Britain and Reza Shah: The Plunder of Iran, 1921–1941, Gainesville: University Press of Florida, pp. 209–213, 217–218, Katouzian, Homa (2003). "2. Riza Shah's Political Legitimacy and Social Base, 1921–1941" in Cronin, Stephanie: The Making of Modern Iran: State and Society under Riza Shah, 1921–1941, pp. 15–37, London; New York: Routledge; Taylor & Francis, Katouzian, Homa (2004). "1. State and Society under Reza Shah" in Atabaki, Touraj; Zürcher, Erik-Jan: Men of Order: Authoritarian Modernisation in Turkey and Iran, 1918–1942, pp. 13–43, London; New York: I.B. Tauris, Katouzian, Homa (2006). State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis, 2nd ed, Library of modern Middle East studies, Vol. 28, London; New York: I.B. Tauris, pp. 33–34, 335–336, Beeman, William Orman (2008). The Great Satan vs. the Mad Mullahs: How the United States and Iran Demonize Each Other, 2nd ed, Chicago: University of Chicago Press, pp. 108, 152,

Hadisə Bu hadisə 1935-ci ildə Rza şahın deislamlaşdırma fəaliyyətinə cavab olaraq baş vermişdir. Şahın "azğın" yeniliklərini, qərbləşməni, korrupsiyanı və ağır istehlak vergilərini pisləyən bir din xadiminə cavab olaraq bir çox tacir və yerli sakin türbəyə sığınmış, onu Əməvi xəlifəsi bənzədərək "Şah yeni Yeziddir" kimi şüarlar səsləndirmişdir.

Dörd tam gün ərzində yerli polis və ordu məbədə daxil olmaqdan imtina etmişdir. İranın Azərbaycan regionundan qoşunlar gəlib ziyarətgaha daxil olduqdan sonra qarşıdurma sona çatmışdır.Ervand, History of Modern Iran, (2008), p.94 Onlarla adam öldürülmüş, yüzlərlə insanı yaralanmış və şiə ruhaniləri ilə şah arasında son qopuşu qeyd edilmişdir.Bakhash, Shaul, Reign of the Ayatollahs : Iran and the Islamic Revolution by Shaul, Bakhash, Basic Books, c1984, p.22

İtkilər Bəqir əl-Ulum Tədqiqat İnstitutunun hesabatına görə, Rza şah qüvvələri tərəfindən öldürülənlərin sayı 2,000–5,000 arasında idi. Britaniya hesabatına görə, hadisə nəticəsində 2 ordu zabiti və 18 əsgər həlak olmuşdur. Bundan başqa, 2 əsgər itaətsizliyə görə yerindəcə edam edilmiş, 1 əsgər intihar etmişdir. Mülki şəxslər arasında 800–1,200 nəfər həlak olmuş, 100–500 nəfər yaralanmış və 800 nəfər həbs edilmişdir.

İstinadlar

Kateqoriya:İranda etiraz aksiyaları Kateqoriya:1935-ci ildəki münaqişələr Kateqoriya:İranda üsyanlar Kateqoriya:Antiatlantizm