Eteokrit dili (; ) — qədim dövrlərdə Kritdə pelasqlar, kidonlar və başqaları ilə birlikdə məskunlaşan yunanlardan əvvəlki xalqların ən böyüyünün dili. Eteokritlər ilk dəfə Homer tərəfindən xatırlanmışdır. Müasir arxeologiyada bu xalqın adı üçün "minoylılar" da tez-tez istifadə olunur və onların sivilizasiyası "Minoy" adlanır (mifik Krit padşahı Minosun adından). Bu dildə danışanların öz adı Misir qeydlərində "k'ftjw" kimi tanınır (şərti oxu – "kaftiu", "iu" isə misircə cəm sonudur). Bu dildə Krit adasının adı akkadca qeydlərə görə, "Kaptara" ivritcə qeydlərə görə isə Kaftor olaraq verilmişdir.
Dilin genetik əlaqələri məlum deyil. Eteokrit dilinin minoy dilinin davamı olduğu güman edilir.
Santorini adasında vulkan püskürməsi və axeylərin işğalı nəticəsində Minoy sivilizasiyasının məhv edilməsindən sonra minilliklər ərzində Minoy dilinin abidələri formalaşmamışdır.
İstinadlar
Kateqoriya:Egey sivilizasiyası Kateqoriya:Avrasiya dilləri Kateqoriya:Krit mədəniyyəti Kateqoriya:Ölü dillər