Horloogiyn Choybalsan (; ) — Monqolustan kommunist siyasətçisi və 1930-cu illərdən ölümünə qədər Monqolustan Xalq Respublikasının lideri olmuş feldmarşalı.
Həyatı və vəfatı Monqolustanın müasir tarixində bütün siyasi səlahiyyətlərə sahib olan və Monqolustanın Stalini kimi də tanınan yeganə lider idi. İkinci Dünya Müharibəsindən sonra ölkənin müstəqilliyi beynəlxalq səviyyədə tanındı.
1951-ci ilin sonlarında Çoybalsan böyrək xərçəngindən müalicə üçün Moskvaya getdi. 1952-ci il yanvarın 26-da orada vəfat etmişdir. Çoybalsanın cənazəsi tam hərbi şərəflə Monqolustana qaytarıldı və ona paytaxtda həm Monqolustan, həm də Sovet rəsmilərinin iştirakı ilə dövlət dəfn mərasimi verildi. O, Ulan-Batorda Altan Ulgii qəbiristanlığında dəfn edilib.
1954-cü ilin iyulunda onun cənazəsi Süxbatar meydanının şimal tərəfində, Hökumət Evinin qarşısında yeni tikilmiş Süxbaatar məqbərəsinə aparıldı. Məqbərə 2005-ci ildə sökülüb və hər iki hökmdarın cənazələri Buddist ruhanilərin nəzarəti altında təntənəli şəkildə yandırılıb və külləri Altan Ulgii qəbiristanlığında yenidən basdırılıb.
İstinadlar
Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:Stalinizm Kateqoriya:Monqolustan baş nazirləri Kateqoriya:Monqolustan sərkərdələri Kateqoriya:Feldmarşallar Kateqoriya:Ateistlər Kateqoriya:Marşallar Kateqoriya:Monqolustan prezidentləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları