Amfisa () — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsindən 180 metr yüksəklikdə, Qyona dağının ətəyində, Lamiyadan 41 kilometr cənubda, Levadiyadan 44 kilometr şimal-qərbdə, Delfidən 12 kilometr şimal-qərbdə, Navpaktdan 50 kilometr şimal-şərqdə və Afinadan 132 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Fokida periferik vahidindəki Delfi icmasının (dima) inzibati mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 6,919 nəfərdir. Sahəsi 61,961 kvadrat kilometrdir.
Şəhər Yunan Pravoslav Kilsəsinin Fokida mitropoliyasının inzibati mərkəzidir. Şəhərdə arxeoloji muzey var.
İstinadlar
Kateqoriya:Yunanıstan şəhərləri Kateqoriya:Yunanıstan periferiya paytaxtları