Mister Olimpiya 1980 — Bodibildinq üzrə ən populyar yarışın sayca onaltıncısı. (IFBB) təşkilatçılığı ilə 1980-ci ilin 4 oktyabrında, Avstraliyanın Sidney şəhərində keçirilmişdir. Yarış Sidney şəhərinin məşhur Sidney Opera Teatrında baş tutmuşdur. Yarış Arnold Şvartseneggerin qələbəsi ilə bitmiş və bu onun Mister Olimpiya yarışlarında yeddinci qələbəsi oldu.

Nəticələr Mister Olimpiya 1980 əvvəlki yarışmalarla müqayisədə ən yaddaqalanı idi və konfiliktləri ilə diqqəti cəlb etdi. 1980-ci ildə Arnold "Barbar Konan" filminin çəkilişlərinə hazırlaşırdı. Hər kəs əmin idi ki, Arnold yarışda iştirak etməyəcək. Yarışa 8 həftə qalmış Arnold gərgin məşqlərə başladı. Bunu film çəkilişi ilə əlaqələndirirdilər. Onun yarışda iştirak etməsi gizlin saxlanılmış, Sidneyə uçan təyyarəyə minərkən belə onun yarışı izləməyə getdiyi bildirilmişdir. Son anda hamıya məlum oldu ki, Arnold yarışda iştirak edəcək. Ekspertlərə görə o heç də yaxşı formada deyildi. Əksinə bəzi iştirakçılar ondan daha yaxşı formada idi. Bunu Arnold Şvartsenegger özü də etiraf etmişdir.

Arnold Şvartsenegger qalib elan olunduqdan sonra bir çox iştirakçılar, eləcə də CBS Sports jurnalistləri bu qərara etirazını bildirdilər. Əksər mütəxəssislər Mayk Mentserin qalib olacağını düşünürdü. Hakimlər isə onu 5-ci yerə layiq gördülər. Bir çox idmançılar, Frenk Zeyn, Boyer Koe və Mayk Mentser etiraz əlaməti olaraq növbəti olimiya yarışlarında iştirakdan imtina etdilər. Onlara qismən Kris Dikerson da qoşuldu. Sonradan isə fikrini dəyişdi. YerMükafatİştirakçı125 000Arnold Şvartsenegger, 2Kris Dikkerson, 3Frenk Zeyn, 4Boyer Koe, 5Mayk Mentser, 6Rojer Uoker, 7Roy Kallender, 8Denis Tinerino, 9Tom Plats, 10Denni Padilla, 11Ed Korni, 12Toni Emmott, 13Roy Duval, 14Keysi Viator, 15Samir Bannut, 16Ken Uoller,

Önəmli məqamlar Arnold Şvartsenegger 7 dəfə Mister Olimpiya olduqdan sonra rəsmən peşəkar bodibildinqdən getdiyini elan etdi. "Mister Olimpiya" 1975–1979 yarışlarından fərqli olaraq bu yarışmada kateqoriyalar üzrə mübarizə yox idi. Əvvəlki yarışmalarda isə iki kateqoriya mövcud idi: 200 funtda qədər və yüksək. 1965–1973-cü illərdə də məhs çəkicə aşağı idmançılar daha ağır çəkili idmançılarla bir yerdə mübarizə aparırdı. Kris Dikersonun dedikləri: "Yarışın təşkilatçısı Pol Qrem əsl əclaf idi, mənə qarşı böyük nifrəti var idi. Bu həm afroamerkalı olduğuma görə, həm də mənim cinsi oriyentasiyama görə idi". Pol Qrem hətta hakimə demişdir: "Kris qalib ola bilməz, ona görə ki, o geydir"

İstinadlar

Xarici keçidlər Mr. Olympia

Kateqoriya:1980-ci ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları