Bəktaşi Ordeni Suveren Dövləti ― Albaniyada yaradılması planlaşdırılan cırtdan dövlət və şəhər-dövlət. Bəktaşi Ordeni Suveren Dövlətinin Albaniyanın paytaxtı Tirananın içində anklav olması və bəktaşilərin hal-hazırkı, bütün dünya üzrə qərargahında yerləşməsi planlaşdırılır.
Tarixi Bəktaşi ordeni XIII əsrdə Osmanlı imperiyasında yaradılan sufi mistik təriqətdir. Bəktaşi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir.Zarcone, Thierry, "Bektaşiyye", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/bektasiyye-COM_24010 > First published online: 2014 Bəktaşilər həm sünnilər, həm şiələr tərəfindən bidətçi qəbul edilir. Mustafa Kamal Atatürk 1925-ci ildə bu təşkilatın lojalarını bağlamışdır. Beləliklə, təşkilat Türkiyədən Albaniyanın paytaxtı Tiranaya köçmüşdür.
Albaniyada kommunizm dövründə təşkilat qadağan edilmişdir. Kommunizm dövründə təşkilatın mülklərində anbarlar tikilmiş, rejimin süqutundan sonra da bəktaşilərin torpaqlarının kənarlarında mülki evlər tikilmişdir.
2024-cü ildə Albaniyanın baş naziri Edi Rama, dini tolerantlıq nümunəsi olaraq, Albaniyada və dünyanın qalan hissəsində İslama daha müsbət baxışları təbliğ etmək üçün Bəktaşi Ordeninin Suveren Dövlətini yaratmağı planlaşdırdığını elan etmişdir. Bəktaşi ordeninin rəhbəri Baba Mondi baş nazirin planını dəstəkləyib. Hüquq ekspertləri bu dövlətin yaradılması üçün qanun hazırlamağa başlayıblar. Bu qanun Albaniya parlamentində təsdiqlənməlidir.
Planlaşdırılan hökumət Bəktaşi dədəbabası Baba Mondi yeni yaradılacaq dövlət üzərində qeyri-məhdud səlahiyyətə sahib olmağı planlaşdırır, lakin dövlətin ordusu, sərhədçiləri və məhkəmələri olmayacağını bildirib. Dövlətin "açıqca mötədil" olması planlaşdırılır və Mondi dini həyat tərzinə heç bir məhdudiyyət tətbiq etməyi planlaşdırmır.
Vətəndaşlığın yalnız ruhanilər və dövlətin idarə edilməsində bilavasitə iştirak edən şəxslərə verilməsi nəzərdə tutulur. Dövlətin pasportu İslamda simvolik bir rəng olan yaşıl rəng olacaq.
İstinadlar
Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:Albaniya coğrafiyası Kateqoriya:İslam Kateqoriya:Albaniya tarixi Kateqoriya:Albaniyada islam Kateqoriya:Albaniyada siyasət Kateqoriya:Anklavlar Kateqoriya:Bəktaşilik Kateqoriya:Cırtdan dövlətlər Kateqoriya:Dənizə çıxışı olmayan ölkələr Kateqoriya:Ərazilər Kateqoriya:Gələcək hadisələr Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tirana Kateqoriya:XXI əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Şiəlik və siyasət Kateqoriya:Teokratiyalar