Rumıniya krallığı () — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya.
1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu.
1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu.
Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi.
Krallar SıraMonarxSəltənət illəriHaqqında1.I Karol 1839-1914
(75 yaş)frameless|205x205px15 mart 1881 –
10 oktyabr 1914 Krallığın və Hohensollern-Ziqmaringen sülaləsinin banisidir. Cənubi Dobruca bölgəsini ölkəyə birləşdirdi. Ölkəni Birinci Dünya müharibəsinin başlanğıcında bitərəf olaraq saxladı. Varisi olmadığı üçün öncə qardaşını, daha sonra isə onun oğullarını vəliəhd elan etdi.2.I Ferdinand 1865-1927
(61 yaş)frameless|211x211px10 oktyabr 1914 –
20 iyul 1927 Varissiz ölən əmisi I Karolun yerinə taxta çıxdı. Birinci Dünya müharibəsi illərində ölkəni idarə etdi və Antanta birliyini dəstəklədi. Bessarabiya, Transilvaniya və Bukovina bölgələrini ölkəyə birləşdirdi və 1922-ci ildə keçirilən təntənəli mərasimdə Böyük Rumıniya kralı kimi tac taxdı.3.I Mixail 1921-2017
(96 yaş)frameless|200x200px20 iyul 1927 –
8 iyun 1930 II Karolun oğlu, I Ferdinandın nəvəsidir. Atasının taxt hüququndan imtina etməsi və babasının ölümündən sonra gələ 6 yaşında ikən 3 naibdən ibarət bir komissiyanın nəzarəti altında taxta çıxarıldı. Cəmi 2 il sonra atasının ölkəyə qayıtmasıyla taxtdan endirildi. Atasının general Yon Antonesku tərəfindən devrilməsinin ardından yenidən taxta çıxsa da, bu sadəcə formal bir hakimiyyət oldu. Nasist Almaniyası ilə müttəfiq olan general Yon Antoneskunu 1944-cü ildə devirərək İttifaq dövlətlərini dəstəkləməyə başladı. Artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri nəticəsində ölkədə monarxiya ləğv edildi. 1992-ci ildə ölkəyə dönməsinə icazə verildi və 1997-ci ildə vətəndaşlığı bərpa olundu.6 sentyabr 1940 –
30 dekabr 19474.II Karol 1893-1953
(59 yaş)frameless|196x196px8 iyun 1930 –
6 sentyabr 1940 I Ferdinandın oğludur. Vəliəhdlik dönəmində sevdiyi xanımlara görə 2 dəfə taxt hüququndan imtina etdi və bunlardan ikincisi qəbul edilərək ölkədən sürgün olundu. Atasının ölümü və azyaşlı oğlunun taxta çıxmasından sonra yaranan siyasi boşluqdan istifadə edərək ölkəyə qayıtdı və taxta çıxdı. 1938-ci ildə konstitusiyanı ləğv edərək ölkəni mütləq monarxiyaya çevirdi. Atasının dövründə əldə olunan bütün torpaqlar itirildi və Böyük Rumıniya 1940-cı ildə parçalandı. General Yon Antoneskunun rəhbərlik etdirdiyi çevrilişlə taxtdan endirildi və sürgün olundu.
Mənbə
Great Britain. Admiralty. A handbook of Roumania (1920) primary source that focuses on prewar economy and society online free Treptow, Kurt W. A history of Romania (1996). Raluca Goleșteanu-Jacobs, Habsburg Galicia and the Romanian Kingdom Sociocultural Development, 1866–1914 (2023), Routledge, Poland-Transnational Histories Lampe, John R. (1982). Balkan Economic History, 1550–1950: From Imperial Borderlands to Developing Nations. Indiana University Press. ISBN 0-253-30368-0
İstinadlar Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:İkinci Dünya müharibəsi