Şahzadə Karl Edvard (; ) — IV və son Saksen-Koburq-Qota hersoqu.

Sonrakı illərindən Faşist Almaniyasında bir çox vəzifədə xidmət etdi və Alman hökuməti üçün qeyri-rəsmi diplomat kimi çalışdı. Atası Kraliça Viktoriya və Konsort-şahzadə Albertin dördüncü oğlu Şahzadə Leopolddur və oğlunun doğumundan 4 ay öncə vəfat etdi. 1899-cu ildə əmisi oğlu Şahzadə Alfredin intiharından sonra Saksen-Koburq-Qota taxt-tacının vəliəhdi seçildi. Bu tarixdən etibarən Almaniyaya göndərilən Karl Edvard burada bibisi oğlu olan Alman imperatoru II Vilhelmin rəhbərliyində təlim-tərbiyə edildi. İngilis olmasına baxmayaraq, Birinci Dünya müharibəsində Almaniyanı dəstəklədi. Nəticədə digər alman şahzadələri kimi taxtdan endirildi və İngiltərəyə qarşı döyüşdüyü üçün ata şəcərəsindən gələn bütün ünvanlarını itirdi.

1930-cu illərin əvvəlində Almaniyada yüksələn Nasizm cərəyanına qoşuldu və 1933-cü ildə partiya sıralarına qatıldı. İkinci Dünya müharibəsi illərində Nasist Almaniyası üçün çalışdı. Müharibənin ardından bir müddət həbs edildi və 1954-cü ildə xərçəng xəstəliyi səbəbilə vəfat etdi.

Mənbə

İstinadlar

Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Almaniya yevgenistləri Kateqoriya:Almaniyada antisemitizm Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:Almaniya monarxistləri Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Nasist Almaniyası şəxsləri