Güneri Civaoğlu (; ) — türkiyəli jurnalist, hüquqşünas, xəbər və televiziya verlişi aparıcısı.
Həyatı 1939-cu ildə Ankarada anadan olub. Jurnalistikaya Akış jurnalı və Yeni İstanbul qəzetində müxbir kimi başlayıb. Strasburq Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Tercüman qəzetinin baş redaktoru olub. "Güneş" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Ölümü 2024-cü ilin yayında İstanbulda restoranların birində müvazinətini itirərək yıxılıb və başına dəyən zərbənin təsirindən beynində qan sızması baş verib. Xəstəxanaya aparılaraq əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. 1 oktyabr tarixində vəfat edib.
İstinadlar