Monako Beynəlxalq Universiteti — Monako Knyazlığında universitet. Universitetdə tədris ingilis dilindədir və maliyyə, marketinq, idman, biznesinin idarə edilməsi və beynəlxalq menecment üzrə ixtisaslaşmış bakalavr, magistr və doktorantura dərəcələri təklif edir.

Tarixi Monako Beynəlxalq Universitetinin əsası 1986-cı ildə qoyulub. 2002-ci ilə qədər Cənubi Avropa Universiteti kimi tanınırdı.

Akademik strukturu Universitetdə bakalavr proqramı 3 tədris ilindən, magistratura proqramı 1 tədris ilindən ibarətdir.

Bakalavr Biznesin idarə edilməsi Kommunikasiyaşünaslıq üzrə İdarəetmə

Magistr proqramları Beynəlxalq İdarəetmə üzrə magistr Marketinq üzrə magistr Maliyyə üzrə magistr İdman üzrə magistr

MBA proqramları MBA Full-Time — Biznesin İdarə Edilməsi MBA Online — İdarə etmə

Doktorantura Biznesin idarə edilməsi üzrə doktorluq dərəcəsi

Beynəlxalq əməkdaşlığı Monako Beynəlxalq Universiteti bir sıra beynəlxalq təşkilatların üzvüdür:

Biznes məktəblərini İnkişaf etdirmə Assosiasiyası (AACSB) Avropa İdarəetmə İnkişafı Fondu (EFMD) İdarəetmə Təhsilinin Prinsipləri (PRME) Beynəlxalq Müəllimlər Assosiasiyası (NAFSA Avropa Beynəlxalq Məktəblər Şurası (ECIS)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Universitetlər Kateqoriya:Monako