Wildberries (rus. «Вайлдберриз») — Rusiyanın marketplace (onlayn satış platforması) şirkəti, 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk tərəfindən təsis edilib.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail, Türkiyə, Özbəkistan və Azərbaycanda fəaliyyət göstərir. 2016-2020-ci illərdə Rusiyada ən böyük dövriyyəyə malik internet-mağaza oldu.

2024-cü ilin iyun ayında şirkət Rusiyanın ən böyük reklam operatoru olan Russ ilə birləşməsini elan etdi. Bu birləşməni həyata keçirmək üçün yaradılmış hüquqi şəxs çərçivəsində Wildberries-in payı 65%, Russ-un payı isə 35% təşkil etdi.

Tarixi thumb| Tümendə sifarişlərin təhvil məntəqəsi

Şirkətin yaranması İnternet-mağaza 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk cütlüyü tərəfindən təsis edilib. 2000-ci illərin ortalarında layihəyə Sergey Anufriyev qoşuldu, o, Bakalçuklara bir neçə topdansatış alıcının imtina etdiyi böyük bir Adidas məhsulu partiyasını almağı təklif etdi. Təxminən bir il ərzində Adidas malları şirkətin əsas çeşidini təşkil edirdi.

2010-cu illər 2012-ci ildə KİV Anufriyevi Wildberries-in həmtəsisçisi kimi təqdim etdi. Anufriyev Wildberries-də təhlükəsizlik xidmətini qurdu və tərəfdaşlarla çətin danışıqlarda iştirak etdi.

2012-ci ildə Wildberries Belarus bazarına çıxdı.

2014-cü ildə Wildberries Qazaxıstanda sifarişləri qəbul etməyə və çatdırmağa başladı.

Şirkət komissiya modelinə keçdi və malların müstəqil satın alınmasından imtina etdi. Çeşidin böyük bir hissəsini sayta təchizatçılar özləri əlavə edir. Bu model Amazon şirkətində də tətbiq edilir.

2015-ci ilin yekunlarına görə, Wildberries ruslar arasında ən populyar yerli internet-mağaza oldu.

2016-cı ilin birinci yarısında Wildberries Rusiyada (internet-mağazalar və oflayn şəbəkələr arasında) onlayn satışlar üzrə birinci yerə çıxdı, bu da şirkətin öz təhvil məntəqələrinin sayının artması ilə əlaqələndirilirdi. 2016-cı ildə internet-mağazanın satışları 45,6 milyard rubl olaraq qiymətləndirildi.

2016-cı ildə şirkət Moskva vilayətinin Podolsk rayonundakı “Koledino” sənaye parkında 25 hektar ərazi alaraq özünün ilk anbarını tikdi. Mütəxəssislər ərazinin alınmasını 375 milyon rubla, 135 min m² sahəsi olan anbarın tikinti dəyərini isə 3,5 milyard rubla qiymətləndirdilər. thumb| Vladiqafqazda təhvil məntəqəsi 2017-ci ilin sentyabrında Podolsk yaxınlığında Rusiyanın ən böyük (145 min m² sahəyə malik) yeni paylama mərkəzinin tikintisi başlandı.

2018-ci ildə internet-mağaza ərzaq məhsullarının satışına başladı. Həmin ildə Rusiya Forbes jurnalı, “Runet-in ən dəyərli şirkətləri” reytinqində “Wildberries” MMC-ni dördüncü yerə qoyaraq şirkətin kapitalını 602 milyon dollar dəyərində qiymətləndirdi. Şirkətin məlumatına görə, 2018-ci ildə Wildberries-in dövriyyəsi 72% artaraq 118,7 milyard rubl təşkil edib.

2019-cu ildə Wildberries yenidən Forbes jurnalının “Runet-in ən dəyərli şirkətləri” reytinqində dördüncü yeri tutdu və şirkətin dəyəri ekspertlərin qiymətləndirməsinə görə, 1,2 milyard dollar təşkil etdi. 2019-cu ildə Amerika Forbes jurnalı şirkətin təsisçisi Tatyana Bakalçuku “2019-cu ilin ən diqqətəlayiq yeni milyarderləri” siyahısına daxil etdi. 1 mart 2019-cu ildən etibarən Wildberries Mexx-in yeni kolleksiyalarının eksklüziv onlayn satıcısı oldu.

2019-cu ildə Wildberries Rusiyanın ən böyük moda satıcısı kimi tanındı.

2019-cu ilin sonuna qədər Tatyana Bakalçuk Wildberries-in yeganə sahibi idi, lakin 31 dekabr 2019-cu ildə şirkətin 1%-ni həyat yoldaşına verdi.

2020-ci illər Noyabr 2020-ci ildə “Qara Cümə” aksiyasından sonra Wildberries şirkətində yenidən İT-sektorda kütləvi ixtisarlar başladı. İşçilərin dediyinə görə, onları kompensasiya olmadan bir gün ərzində işdən çıxmağa məcbur edirdilər. Şirkət isə hər hansı bir problemin mövcudluğunu inkar etdi.

Yanvar 2021-ci ildə Wildberries-in Almaniyada fəaliyyətə başladığı məlum oldu. Bu, Wildberries-in fəaliyyət göstərdiyi onuncu ölkə idi — 2019-cu ildə şirkət Polşa, Slovakiya, Ukrayna və İsraildə işə başlamışdı. 2021-ci ilin iyununda xidmət saytda kreditlə və ya hissə-hissə ödənişlə alış-veriş etmək imkanı təqdim etdi. Həmin il Forbes jurnalı Rusiyanın ən varlı ailələri reytinqini tərtib etdi və Wildberries-in sahibləri Tatyana və Vladislav Bakalçuklar birinci yerdə qərarlaşdılar. Nəşrin məlumatına görə, onların sərvəti 13,1 milyard dollar olaraq qiymətləndirilib.

2022-ci ilin may ayında Wildberries rusiyalı müştərilər üçün bütün sifarişlərin pullu geri qaytarılmasını tətbiq etdi. 11 iyun 2022-ci ildə Wildberries futbol klubu “Krılya Sovetov” üçün texniki tərəfdaş və idman avadanlıqlarının təchizatçısı oldu, iyulda “Spartak” (Moskva) və avqustda “Zenit” (Sankt-Peterburq) üçün də eyni xidmət göstərildi. 2022-ci ilin oktyabrında marketplace yeni satıcılar üçün qeydə alınma zamanı geri qaytarılmayan “zəmanətli ödəmə”nı 30 000 rubla qaldırdı, əvvəl bu məbləğ 10 000 rubl idi.

2022-ci ilin dekabrında Wildberries-in satıcılara qarşı tətbiq etdiyi iri cərimələr bir neçə rezonanslı qalmaqala səbəb oldu. Satıcılar, birtərəfli qaydada tətbiq edilən cərimələrə qarşı çıxaraq, Federal Antiinhisar Xidmətinə qrup müraciəti etdilər və şirkətin ofisinə gələrək marketplace ilə danışıqlar tələb etdilər. Görüşlərin nəticəsində marketplace tərəfindən milyonlarla rubla çatan bir sıra cərimələr ləğv olundu, bu da yüzlərlə sahibkara təsir etdi. Federal Antiinhisar Xidmətinin iştirakı ilə vəziyyətin nizamlanması baş tutdu və marketplace-lərin fəaliyyətinin tənzimlənməsi üzrə bir sıra tədbirlər görüldü.

2023-cü ilin martında Wildberries tərəfindən qaytarılmış mallara görə yeni cərimələrin tətbiq edilməsindən sonra Wildberries-in sifariş təhvil məntəqələrinin işçiləri və partnyor məntəqələrinin sahibləri arasında etirazlar başladı. Telegram kanalları bunu tətil adlandırdı, lakin Wildberries tətillərin baş verdiyini inkar etdi. Konflikt Dövlət Duması deputatlarının, Sənaye və Ticarət Nazirliyinin və Baş Prokurorluğun diqqətini cəlb etdi, bundan sonra danışıqlar aparıldı və barışıq komissiyası yaradıldı. “Rossiskaya Qazeta”nın məlumatına görə, marketplace “15 təhvil məntəqəsini deaktiv etdi” və “10 000 cəriməni ləğv etdi”.

2023-cü ildə Wildberries, Forbes-in “Rusiyada ən sərfəli 30 françayzinq” reytinqinə daxil oldu, burada “françayzinq nöqtəsinin açılmasına 1 milyon rubldan az sərmayə” kateqoriyasında yer aldı. Açılışa yatırılan vəsait 600 min rubl olaraq qiymətləndirildi.

2023-cü il ərzində Wildberries cərimələr və satıcılarla bağlanan müqavilələr üzrə cərimələr hesabına 14,9 milyard rubl qazandı ki, bu da əvvəlki illə müqayisədə 76% çoxdur. Şirkət satıcıları, məsələn, qəbul olunmuş sifarişi yerinə yetirməkdən imtina etdiklərinə görə cərimələyir.

2024-cü ilin may ayında Wildberries Lada avtomobillərinin onlayn satışına başlamaq planlarını elan etdi. İlk mərhələdə bu xidmət Volqoqrad vilayətinin sakinlərinə əlçatan olacaq. Həmin ilin may ayında Wildberries Olga Naumovanı şirkətin icraçı direktoru təyin etdiyini elan etdi.

17 mayda Wildberries Moskva birjası platformasında rəqəmsal maliyyə aktivlərinin (RMA) yerləşdirilməsini həyata keçirdi. Yerləşdirilmə məbləği 3 milyard rubl təşkil etdi.

Russ ilə birləşmə 2024-cü ilin iyun ayında Wildberries Rusiyanın ən böyük reklam operatoru olan Russ ilə birləşmə haqqında elan etdi. Birləşmənin məqsədi “maliyyə, media, ticarət-sənaye sektorlarında, həmçinin internet texnologiyaları, logistika, pərakəndə satış və reklam sahələrində yeni bir oyunçu yaratmaq” idi. Tatyana Bakalçuk yeni birləşmiş şirkətlər qrupunun baş direktoru, reklam qrupunun rəhbəri Robert Mirzoyan isə baş icraçı direktoru olacaq. Forbes-in məlumatına görə, sövdələşmədə iştirak edənlər Vladimir Putinə məktub göndərərək, bu birləşmənin Amazon, Alphabet, Alibaba və SoftBank kimi şirkətlərə güclü rəqib yaradacağını izah etdilər. Layihənin əsas istiqamətlərindən biri “SWIFT-i keçərək rubl ilə qlobal ödənişlər üçün ən böyük rəqəmsal bank şəbəkəsi və ödəniş sisteminin yaradılması” olacaq. Bu sənəd Putinin dəstəyini aldı.

Yaradılan birgə müəssisədə («РВБ» MMC) baş direktor Mirzoyan təyin edildi. Hüquqi şəxs, Moskva ofisi ilə eyni ünvanda qeydiyyatdan keçib. Hüquqi şəxsin təsisçiləri ООО «Wildberries» (şirkətin 65%-i) və Russ-un əsas sahibi ООО «Stinn» (şirkətin 35%-i) idi. İyul ayının ortalarında ООО «Wildberries» təxminən iki onluq öz törəmə hüquqi şəxslərini birləşmiş şirkətə təhvil verdi.

Şirkətdə ixtisarlar başladı və əvvəlki işçilərin yerinə Russ-dan insanlar gətirildi.

2024-cü il iyulun 23-də Çeçenistan rəhbəri Ramzan Kadırov, Wildberries-in qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçukla danışarkən Russ qrupunun Wildberries ilə birləşməsini “kobud basqın” adlandırdı. Buna cavab olaraq, Tatyana Bakalçuk öz Telegram kanalında “bu basqın deyil, boşanmadır” yazdı.

Göstəricilər Şirkətin məlumatına görə, 2018-ci ildə Wildberries-in dövriyyəsi 72% artaraq 118,7 milyard rubla, 2019-cu ildə isə 88% artaraq 223,5 milyard rubla çatıb. 2020-ci ildə şirkət 96% artımla 437,2 milyard rubla, 2021-ci ildə isə 93% artımla 844 milyard rubla çatdı.

2019-cu ildə Rusiyanın Forbes jurnalı şirkətin təsisçisi Tatyana Bakalçuku “Rusiyanı və dünyanı dəyişən 15 iş adamı” siyahısına daxil edərək vizionerlər sırasına saldı. Həmin ilin fevral ayında Forbes şirkətin dəyərini 1,2 milyard dollar (Runetdə 4-cü yer) olaraq qiymətləndirdi. 2020-ci ildə Boston Consulting Group Wildberries-i Mail.ru Group, Playrix, Yandex, Tinkoff Bank və 1С ilə yanaşı, qlobal liderlik iddiasında olan 100 beynəlxalq texnoloji şirkət arasında yer aldı. Həmçinin, Wildberries tətbiqi 2020-ci ilin nəticələrinə əsasən AppStore-da ən populyar tətbiqlər arasında yer aldı.

Wildberries 2016, 2017, 2018, 2019 və 2020-ci illərin nəticələrinə görə Rusiyanın ən böyük internet-mağazası olaraq tanınıb.

Forbes-in məlumatına görə, 2022-ci il fevralın 2-nə olan vəziyyətə görə Wildberries, Runet-in ən dəyərli 30 şirkəti arasında 2-ci yerdə qərarlaşdı. Şirkətin dəyəri 7,635 milyard dollar olaraq qiymətləndirildi.

Wildberries Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail, Türkiyə, Özbəkistan və Azərbaycanda fəaliyyət göstərir.

Biznes modeli thumb| Wildberries-in sifarişlərin təhvil məntəqəsi Krasnıy Xolm şəhərində Wildberries-in biznes modeli onlayn-hipermarket, universal formatda mağaza və ya marketplace (partnyor şirkətlərin məhsullarını satan ticarət platforması) kimi xarakterizə olunur. Şirkət geyim istehsalçıları və rəsmi distribütorlarla birbaşa əməkdaşlıq edir. Onlar internet-mağazada öz məhsul çeşidini və pərakəndə satış qiymətlərini müstəqil şəkildə müəyyənləşdirirlər, Wildberries isə satışdan əldə olunan komissiya ilə qazanır. 2019-cu ilin oktyabrından etibarən tədarükçülər üçün minimal komissiya 15% təşkil edir. 2019-cu ilin dekabrında internet-mağaza gündə 750 min sifariş icra edirdi.

Şirkət mülkiyyət formasına görə özəldir və təsisçilərə — Bakalçuk ailəsinə məxsusdur; investisiya cəlb etmir, inkişaf isə öz vəsaitləri və borc vəsaitləri hesabına baş verir. Forbes qeyd edir ki, Wildberries Rusiya internet bazarının ən qapalı şirkətlərindən biridir: təsisçi və baş direktor Tatyana Bakalçuk mətbuatla ünsiyyət qurmur və bazar tədbirlərində iştirak etmir (sonradan, 2018-ci ildə verdiyi müsahibədə Vladislav Bakalçuk KİV-lə ünsiyyətin fəallaşdığını bildirdi).

Təşkilati struktura gəlincə, şirkətin idarə heyəti yoxdur, həmçinin şöbə və bölmə rəhbərlərinin sayı azdır: idarəetmə strukturu sadədir, idarəetmə tərzi isə demokratik olaraq təsvir edilir. Şirkətdə 20 min nəfər çalışır, baş ofisdə isə təxminən 500 nəfər işləyir (təchizat məntəqələrinin menecerləri və kuryerlər də şirkət işçiləri hesab olunur). Avtopark 150 avtomobildən ibarətdir (2018-ci ilin martına olan məlumata görə). Rusiya üzrə çatdırılma Moskva vilayətindəki öz logistik mərkəzindən və iri şəhərlərdəki anbarlardan həyata keçirilir.

İşçilərlə və təhvil məntəqələrinin sahibləri ilə münaqişələr