Mikaela Mayki Medison Rozberq (; ) — ABŞ aktrisası. O, Z nəslinin "Oskar" qazanan ilk üzvüdür. O, bu mükafatı "Anora" filmində canlandırdığı seks işçisi obrazı ilə qazanıb.
Erkən və şəxsi həyatı Mikaela Medison Rozberq 25 mart 1999-cu ildə Los-Ancelesdə anadan olub. Hər iki valideyni psixoloqdur. Onun biri əkiz olmaqla iki qardaşı və iki bacısı var. O, ilk olaraq at yarışı üzrə təlimlər almağa başlamış, daha sonra isə 14 yaşında ikən aktrisalığa başlamışdır. Yeddinci sinifdən sonra evdə təhsil almağa davam etmişdir. Əslən yəhudidir.
O, sosial media istifadə etmir və 2024-cü ilin noyabrında verdiyi bir müsahibədə bunun ona ""orijinal və ya təbii" gəlmədiyini və sosial mediaya "əlavə edəcək çox təsirli bir şeyinin" olmadığını qeyd etmişdir. O, özünün "çox həssas bir insan" olduğunu və insanların özləri haqqında başqalarının dediklərini oxumaması lazım olduğuna inandığını və bu səbəblə mental sağlamlığı üçün özünü "internetin bu hissəsindən uzaq" saxladığını bildirmişdir.
Medison özünü dindar olmayan, amma "çox mənəvi insan" olaraq təsvir edir.
Filmoqrafiya
Film İl Layihə Rol Qeydlər İstinad 2017 "Liza, Liza, Səma Boz Rəngdədir" Liza 2018 "Nostalgiya" Katelin "Canavar" Aleksandra Floyd 2019 "Bir dəfə Hollivudda" Süzan "Seydi" Atkins "Addams Ailəsi" Kendi Barista səsləndirmə 2021 Üç Nəfər Lazımdır Kat Volker 2022 "Qışqırıq" 2023 "Bütün Qəlblər" River 2024 "Anora" Anora "Ani" Mixeyeva Açıqlanacaq "Reptiliya" Açıqlanacaq Hazırlıq mərhələsindədir Açıqlanacaq "Qırmızı Ölüm Maskası" Açıqlanacaq Hazırlıq mərhələsindədir +Açar Hələ buraxılmamış filmləri göstərir
Televiziya İl Layihə Rol Qeydlər İstinad 2016–2022 "Daha Yaxşı Şeylər" Maksin "Maks" Foks baş rol 2017–2018 "Dələduzlar" Gənc Maddi 2 seriya 2024 "Göldəki Qadın" Cudit Vaynştayn miniserial 2025 "Saturday Night Live" Özü (aparıcı) Epizod: "Mayki Medison/Morgan Vallen"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Film aktyorları Kateqoriya:Televiziya aktyorları Kateqoriya:XX əsr ABŞ aktyorları