Əhməd Cəlayırın Külliyyatı — Cəlairilər sultanlığının hökmdarı və həmçinin şair olan sultan Əhməd Cəlayırın "Külliyyatı".
Bu əsər müəllifin dövrümüzə gəlib çıxan yeganə əsəridir. Sultan Əhməd Cəlayır Azərbaycan-türk dilində, farsca və ərəbcə əsərlər qələmə almışdır. Dövrümüzə Azərbaycan-türk dilində yalnız 1 əsəri gəlib çatıb. Bu əsər "Eyləməz" adlı rədifli qəzəldir.
Külliyyat 7 hissədən ibarətdir və hər biri özlüyündə müxtəlif şeir növlərini əhatə edir. Əsər hal-hazırda Türkiyədə Türk və İslam əsərləri Muzeyində 2046 qeydiyyat nömrəsi altında saxlanılır.
+Sultan Əhmədin "Külliyyat"ı№DivanTərkibi1Kitalbul-hidayə159 qəzəl, 1 müxəmməs, 1 müstəzad, 6 qitə2Künüzzul-uşşak166 qəzəl, 6 qəsidə, 7 tərcibənd, 8 məsnəvi, 2 müsəmmən, 11 qitə, 24 müfrəd, 14 rübai, 7 misra3Kitabuş-şərqiyyət135 qəzəl, 1 qəsidə, 4 məsnəvi, 1 müsəmmən, 49 qitə, 70 müfrəd, 40 rübai4Kitabül-bədiyyət121 qəzəl, 2 tərcibənd, 21 məsnəvi, 5 qəsidə, 23 qitə, 24 müfrəd, 35 rübai, 8 misra5Kitabül-müqəddimə179 qəzəl, 2 tərci, 10 məsnəvi, 23 qitə, 47 rübai, 31 mürfəd, 42 misra6Kitabül-qərbiyyət214 qəzəl, 3 tərci, 11 qəsidə, 10 məsnəvi, 49 qitə, 1 müstəzad, 46 müfrəd, 50 rübai, 6 misra7Kitabu Ləvamıl-ənvar78 qəzəl, 2 tərci, 6 qəsidə, 8 məsnəvi, 21 rübai, 12 müfrəd, 3 misra
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Cəlairilər Kateqoriya:Azərbaycan mədəniyyəti