Fridrix Henrix Kristian Lübker (; ) — Almaniya klassik filoloqu və müəllimi.
Həyatı Huzum kompastoru Detlef Lorens Lübkerin ailəsində anadan olmuşdur. 12 yaşından Lübker Huzumdakı Herman Tast məktəbində oxuyub. 1826-cı ildə 16 yaşında Kil Universitetində filologiya və ilahiyyat fakültəsini öyrənməyə başladı. 1830-cu ildə Lübker Berlin Universitetində təhsilini davam etdirdi. 1832-ci ildə Kildə fəlsəfə doktoru dərəcəsi aldı.
Lübkerin ən məşhur əsəri 1855- ci ildə nəşr olunan "Klassik qədim əsərlərin real lüğəti"dir. O, filologiya, ilahiyyat və pedaqogika üzrə də əsərlər yazmışdır.
İstinadlar
Kateqoriya:Almaniya filoloqları