Salçak Kök-Karak oğlu Samba-Lündup (; ) — Tıva şairi və redaktoru.
Həyatı Tandı Uranhayın Daa koojunundakı Kööp-Söök kəndində anadan olmuşdur. Özü yazmağı öyənmjş və Şərq Xalqları Kommunizm Universitetini bitirmişdir. Sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. "Areve şını" qəzetində redaktor, Tıva Xalq Respublikası Məclisinin sədri, Tıva Vahid Nəşriyyatının direktoru, daha sonra isə Tıva nəşriyyatının direktoru, "Şın" qəzetinin redaktoru vəzifələrində çalışmışdır. 1937-ci ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. O, əksər şeirlərini, esselərini və "Ösküs-ool" adlı poemasını xAreve şınıx və "Şın" qəzetlərində, "Revolyustun hereli" jurnalında çap etdirmişdir. Tıva dilinə əsaslanan təhsilin ilk araşdırmalarında və redaktorluğunda iştirak etmişdir. O, Aleksandr Puşkinin "Kapitan uruu" və Nikolay Qoqolun "Revizor" əsərlərini Tıva dilinə tərcümə etmişdir. SSRİ və Tıva Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin üzvü olmuşdur. 6 fevral 1981-ci ildə nəqliyyat qəzası nəticəsində həlak olmuşdur.
İstinadlar
Kateqoriya:Tıva şəxsləri