Hərbi komissarlıq, Azərbaycan və bir sıra ölkələrdə Silahlı Qüvvələrdə hərbi səfərbərlik, hərbi xidmət və çağırış işlərinə cavabdeh olan yerli hərbi idarəetmə orqanıdır. Mərkəz, rayon və şəhər şöbələri mövcuddur.
Hərbi komissarlığın vəzifələri Hərbi komissarlığın əsas vəzifələri bunlardır:
müharibə dövründə səfərbərliyin hazırlanması və aparılması; insan və iqtisadi resursların uçotu; sülh dövründə gənclərin hərbi xidmətə hazırlanması; vətəndaşların hərbi xidmətə və təlim düşərgələrinə çağırışının təşkili; vətəndaşların müqavilə əsasında hərbi xidmətə qəbulunun təşkili; digər müdafiə və vətənpərvərlik tədbirlərinin həyata keçirilməsi.
İstinadlar
Həmçinin bax Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Siyasi komissar Kateqoriya:Silahlı qüvvələr Kateqoriya:Hərbi əməliyyatlar Kateqoriya:Hərbi logistika Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:SSRİ-nin hərb tarixi