Üsküdar sarayı () və ya Qovaq sarayı () — İstanbulun Üsküdar ilçəsində yerləşən XVI əsrə aid tarixi saray. Köhnə saray və Topqapı sarayından sonra Osmanlı dönəmində inşa olunan üçüncü ən böyük saray idi.Konyalı, İbrahim Hakkı, Abideleri ve Kitabeleriyle Üsküdar Tarihi, Türkiye Kızılay Cemiyeti Yayınları, İstanbul 1976
Memar Sənanın Tuhfetü’l-mi‘mârîn adlı əsərinə görə, Üsküdar sarayı 1551-ci ildə Qanuni Sultan Süleymanın sifarişiylə yay sarayı olaraq inşa olunmuşdur. Sonrakı illərdə isə sultanlar və yüksək rütbəli dövlət məmurları tərəfindən ərazidə müxtəlif təyinatlı binalar inşa edilmiş, beləcə bölgədə saray kompleksi yaranmışdır. Sarayın ilk sahibləri isə 1562-ci ildə Qanuni Sultan Süleymanın nəvəsi və Şahzadə Səlimin qızı Əsməxan Sultan və onunla nigahlanan vəzir Sokollu Mehmed Paşadır. Bu səbəblə bir çox tarixi mənbədə saray Mehmed Paşa sarayı olaraq qeyd olunur.
Arxiv sənədlərində Memar Sənanın II Səlim və III Muradın sifarişləriylə burada 2 köşk və hamamlar inşa etdirdiyi, I Əhməd səltənətində isə saray daxilində kiçik bir məscid inşa edildiyi görünür. Hətta rəvayətə görə, I Əhməd divanxananı Topqapı sarayından buraya köçürmək istəmiş, ancaq dövlət adamları buna qarşı çıxmışdır. IV Murad dövründə saray əsaslı şəkildə təmir edilmişdir.Grelot, Joseph, A Late Voyage to Constantinople, London 1683
Ancaq I Mahmud dövründən etibarən saray kompleksinin ərazisi parçalanmağa başlandı. Hissə-hissə binalar sökülməyə, geniş saray bağçalarının münbit torpaqları isə fərqli şəxslərə bəxşiş olaraq paylanmağa başlandı.Hovhannesyan, Sarkis Sarraf, Payitaht İstanbul’un Tarihçesi (1740-1805), çev. Elmon Hançer, Tarih Vakfı Yurt Yayınları, İstanbul 1996 Sonrakı illərdə padşah və Osmanlı sülaləsinə mənsub sultanların daha çox Beşiktaşdakı sahilsaraylarında məskunlaşması isə Üsküdar sarayını gözdən saldı. İllər ərzində yararsız hala düşən sarayın ərazisində III Səlim dövründə bostancılar bölüyü üçün xüsusi kazarma inşa edilmişdir. Ancaq 1794-cü ildə dağıdılan sarayın mərmərləri Topqapı sarayına aparılmış, bir hissəsi isə Səlimiyyə kazarmasının inşasında istifadə edilmişdir.Melling, Antoine Ignace, Voyage Pittoresque de Constantinople et des rives du Bosphore, Paris 1819 Sonrakı illərdə sarayın ərazisində müxtəlif təyinatlı hərbi binalar inşa edilməyə başlandı.
İstinadlar
Mənbə
Eremya Çelebi Kömürcüyan, İstanbul Tarihi: XVII. Asırda İstan- bul, çev. Hrand D. Andreasyan, Eren Yayınları, İstanbul 1988 Haskan, Mehmet Mermi, Yüzyıllar Boyunca Üsküdar, Üsküdar Belediyesi Yayınları, İstanbul 2001 Du Loir, Les Voyages du Sieur du Loir, Paris 1654 Seyyid Lokman Çelebi, Kıyâfetü’l-İnsâniyye fi Şema’ili’l Osmâniy- ye, TTT Vakfı Yayınları, İstanbul 1998 Kolağası Mehmed Raif, Mir’ât-ı İstanbul, İstanbul 1314 Kateqoriya:Osmanlı mədəniyyəti Kateqoriya:Osmanlı sarayları