Səbziqovurma — qovurma növü, plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cümlədən Azərbaycanda geniş yayılmışdır.
İstinadlar
Xarici keçidlər Azərbaycan mətbəxi - Qovurma & Kabab
Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:İran mətbəxi Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Xuruşlar Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Milli xörəklər