Qulamrza Cavidan () — fədai, siyasətçi, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökumətinin polkovniki, Marağa şəhərinin qubernatoru.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah qoşunları tərəfindən Təbrizdə asılıb.

Ölümündən sonra Səməd Vurğun ona şeir, Gəncəli Sabahi isə hekayə həsr edib.

Həyatı Qulamrza Cavidan 1911-ci ildə Sərab ətrafında anadan olub.

Tudə partiyasının Sərab komitəsinin və Azərbaycan Antifaşist cəmiyyətinin üzvü olub. 1944-cü ildə Sərabda həbs olunub. Amma tezliklə azadlığa çıxıb. Sərabdakı fədailərə rəhbərlik edib. Noyabrın 15-dən etibarən şah qoşunlarından Sərabdan təmizlənməsində iştirak edib.

Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Qulamrza Cavidan olub.

1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün polkovnik rütbəsi alıb və "21 Azər" medalı ilə təltif olunub. Azərbaycan Milli Hökuməti tərəfindən Marağanın qubernatoru və polis rəisi təyin olunub.

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.

1947-cı il fevralın 23-də Milli Hökumətin zabitləri Məhəmmədrza Hacızadə və Əli Əkbər Ramtin ilə birlikdə Təbrizdə asılıb. Asılmamışdan qabaq etdiyi son çıxış:

Xatirəsi Qulamrza Cavidanın son sözləri "Kommunist" qəzetinin 23 aprel 1949-cu il sayında çap olunub. Bunu oxuduqdan 4 gün sonra Səməd Vurğun "Kommunist" qəzetində Qulamrza Cavidan haqqında "Qəhrəmanlara eşq olsun!" adlı məqalə yazıb və ona şeir həsr edib.

Azərbaycan yazıçısı Gəncəli Sabahinin yazdığı "Şərəfli ölüm" hekayəsinin baş qəhrəmanı Qulamrza Cavidandır. Hekayədə onun həyatı və mübarizəsi təsvir olunub.

Həmçinin bax Sədi Yüzbəndi Firudin İbrahimi

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:1911-ci ildə doğulanlar Kateqoriya:Sərabda doğulanlar Kateqoriya:1946-cı ildə vəfat edənlər Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:"21 Azər" medalı ilə təltif edilənlər Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları