Boris Spiridonoviç Esadze (; ) — Rusiya ordusunun polkovnik-leytenantı, hərbi tarixçi və Qafqaz üzrə ekspert, Rusiya Hərbi Tarix Cəmiyyətinin üzvü.

Həyatı Boris Esadze Kutaisi quberniyasının zadəganlarından idi. Dini baxımdan pravoslav idi. Tiflis quberniya jandarm idarəsinin rəisi, general-mayor Spiridon Esadzenin oğlu olmuşdur.

Təhsilini Tver Süvari Yunker Məktəbində almışdır. 1886-cı ildə kornet rütbəsi ilə 7-ci Novorossiysk draqun alayına təyin edilmişdir. Daha sonra 43-cü Tver draqun alayına göndərilmişdir. Qərargah kapitan rütbəsi ilə 9 mart 1900-cü ildə 44-cü Nijni Novqorod draqun alayına göndərilərək Qafqaz Süvari Diviziyasının qərargahının baş adyutantı təyin edilmişdir.Высочайшие приказы по Военному ведомству // Разведчик / Ред.-издатель В. А. Березовский. — СПб.: Тип. Тренке и Фюсно, 1900. — № 491. — С. 263.

Kapitan rütbəsi olan Esadze 5 may 1909-cu ildə ordu süvariləri sırasına daxil olduğu üçün məişət şəraitinə görə xidmətdən azad edilmişdir. O, təqaüdə çıxaraq Tiflis quberniyasında süvari milis sıralarına qəbul edilmişdir.

O, 13 fevral 1914-cü ildə vəfat etmişdir.Высочайшие приказы по Военному ведомству / Приложение к № 1220 // Разведчик. — СПб. (Пг.), 1914.

Mükafatlar

3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (1898) 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (6 dekabr 1906)

İstinadlar

Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Qafqazşünaslar