Aliyə Berqer (; ) — rəssam və Türkiyənin ilk qadın qravürçüsü.EDGÜ, Ferit, Aliye Berger Yaşamı, Sanatı, Yapıtları, Kaya Basımevi, İstanbul 1980
Həyatı left|thumb|Doğulduğu Şakir Paşa ailəsi, Böyükada 1910. (soldan sağa aşağıdakılar: Fahrünnisə, Suat, Aliyə; yuxarıdakılar: Hakkiye, yoldaşı Emin Koral, Ayşə, Şakir Paşa, İsmət xanım, Cavad Şakir) 24 dekabr 1903-cü ildə ildə ailəsinin Böyükadadakı köşkündə dünyaya gəldi. Atası Osmanlı diplomatı Şakir Paşa, anası isə yerli ailələrdən birinə mənsub İsmət xanımdır. Eyni zamanda məşhur Osmanlı sədrəzəmi Əhməd Cavad Paşa onun əmisi, Halikarnas Balıqçısı adıyla tanınan məşhur şair Cavad Şakir Qabaağaclı qardaşı və rəssam Fahrünnisə Zeyd isə bacısıdır.BİNNARK, Nermidil Erner, Şakir Paşa Köşkü, Remzi Kitapevi, İstanbul 2009
Uşaqlıq illəri doğulduğu Böyükadada keçən Aliyə ibtidai təhsilini Böyükadada atası tərəfindən yaradılan məktəbdə tamamlamasının ardından bacısı Fahrünnisə ilə birlikdə İstanbuldakı Notr-Dam-de-Sion Fransız liseyinə göndərildi. Burada fransız dilini mükəmməl şəkildə öyrəndi. Ancaq Birinci Dünya müharibəsi səbəbilə təhsil aldığı liseyin bağlanması ucbatından təhsili yarımçıq qaldıNOYAN, Meltem, Aliye Berger ve Sanatı, Yüksek Lisans Tezi, İstanbul 2002 və 1920-ci ildə Fransa səfirliyinin təşkil etdiyi xüsusi imtahandan keçərək diplom aldı.
Bacısı qızı Füreyyaya dərs vermək üzrə köşkə gələn macar əsilli məşhur skripkaçı Karl Berqerlə ilk dəfə bu illərdə tanış oldu. Zamanla özü də məşhur musiqiçidən dərslər aldı və aralarında sevgi münasibəti yarandı. 23 il davam edən sevgi münasibətləri 1947-ci ildə evliliklə nəticələndi. Ancaq cəmi 6 ay sonra Karl Berqer ürək tutması səbəbilə vəfat etdi və Aliyə xanım bir daha evlənmədi.KOÇ, Emel, Alyoşa, Can Yayınları, İstanbul 2004
Həyat yoldaşının vəfatından sonra bacısı Fahrünnisə xanımın dəvətiylə Londona getdi. Burada məşhur rəssam və qravürçü John Buckland Wrightdan dərslər aldı. 1951-ci ildə Türkiyəyə qayıtdı və burada ilk şəxsi sərgisini açdı. 1954-cü ildə keçirilən beynəlxalq rəsm yarışmasında birinci oldu.ÖZSEZGİN, Kaya, Çağdaşlığın Yerel Versiyonu Bedri Rahmi Eyüpoğlu, Kaynak Yayınları, İstanbul 2016 left|thumb|Böyükada məzarlığındakı məzardaşı Həyatı boyunca 48 sərgidə iştirak edən Aliyə Berqer ağciyər çatışmazlığı səbəbilə 9 avqust 1974-cü ildə doğulduğu Böyükadada vəfat etdi və burada həyat yoldaşının yanına dəfn olundu. Ölümünün ardından əsərləri toplanaraq bir neçə dəfə sərgiləndi. Bunlardan ən önəmliləri isə 16 oktyabr 1975 və 11 fevral 1988-ci ildə İstanbulda keçirilən sərgilərdir.ORAL, Zeynep, S.3, s.11 "Şakir Paşa Ailesinin Yedi Sanatçısı", Milliyet Sanat Dergisi 1972
Mənbə
Ədəbiyyat Şakir Paşa Ailesinin Sanatçı Üyelerinin Türk Sanatına Katkıları, Şirin Zerey Koç. Yüksek Lisans Tezi. TC Çankırı Karatekin Üniversitesi. Çankırı 2019 Sadrıazam Ahmed Cevad Paşa, Mehmet Ercan. Doktora Tezi. TC Marmar Üniversitesi. İstanbul 1998
İstinadlar Kateqoriya:Türkiyənin qadın rəssamları