Feysəl ibn Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin oğullarından biri, taxt vəliəhdi."Jordan News Agency (Petra) - Prince Faisal sworn in as Regent" . petra.gov.jo

1963-cü ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ingilis əsilli ikinci xanımı kraliça Muna əl-Hüseyndir. İlk təhsilini Ammanda aldıqdan sonra 1970-ci ildə Birləşmiş krallığa, ertəsi il isə ABŞ-a göndərildi. 1978-ci ildə Vaşinqtondakı Müqəddəs Alba liseyinə daxil oldu və 1981-ci ildə məzun oldu. 1985-ci ildə isə Rod-Aylenddəki Braun Universitetinin elektrik mühəndisliyi ixtisasını tamamladı. Eyni zamanda 1988-ci ildə London Biznes Məktəbində menecment üzrə magistr dərəcəsi aldı."Prince Feisal marks birthday on Wednesday" . Petra news agency, 10 October 2017 Təhsil həyatı illərində uçuş dərsləri aldı və xüsusi uçuş lisenziyası qazandı.

İordaniya Kral Hava Qüvvələrində xidmət edən Feysəl 2004-cü ilin sentyabrında general-leytenant rütbəsinə yüksəldi. 2017-ci ilin dekabrında İordaniya Kral Ordusundan təqaüdə ayrıldı.

2003-cü ildən etibarən İordaniya Olimpiya Komitəsinin rəhbəri, 2010-cu ildən isə Beynəlxalq Olimpiya komitəsinin üzvüdür.

Ailəsi İlk evliliyi 1987-ci ilin avqustunda İordaniya Kral Hava Yollarının prezidenti Seyid Tofiq əl-Tabbahın qızı Aliyə Tabbahla baş tutdu. Cütlüyün 4 övladı doğulsa da, 2008-ci ilin aprelində boşandılar.

Əyyah bint Feysəl (11 fevral 1990-), 22 may 2014-cü ildə Ammanda Məhəmməd Təlal əl-Halavaniylə evləndi və 3 övladı doğuldu. Rayihə əl-Halavani (2 may 2016-)"الأميرة آية الفيصل وزوجها محمد الحلواني يُرزقان بـ "راية" ". Hala.jo Nəsma əl-Halavani (19 oktyabr 2019-) Hüseyn əl-Halavani (12 mart 2022-) Ömər ibn Feysəl (22 oktyabr 1993-) Sara bint Feysəl (27 mart 1997-) Ayşə bint Feysəl (27 mart 1997-)

İkinci evliliyi 24 may 2010-cu ildə Sara Bəssam Qabbaniylə baş tutdu. Övladı olmayan cütlük 14 sentyabr 2013-cü ildə boşandılar.

Üçüncü evliliyi isə 4 yanvar 2014-cü ildə İordaniyalı biznesmen fariz Lübbadehin qızı radio müxbiri Zeyna Lübbadehlə baş tutdu. Cütlüyün bu nigahdan 2 övladı var.

Abdullah ibn Feysəl (17 fevral 2016-) Məhəmməd ibn Feysəl (8 aprel 2017-)"الأمير فيصل والأميرة زينة يرزقان بـ "محمد" " (in Arabic). Hala. 8 April 2017

İstinadlar

Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri