Məmməd Əfşan (tam adı: Məmməd Hüseyn oğlu Məmmədov; ) — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı Məmməd Əfşan 27 iyun 1939-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş, daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə "Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb. İlk şeiri Qazaxda nəşr olunan "Kommuna yolu” qəzetində, ilk məqaləsi "Azərbaycan gəncləri” qəzetində, ilk felyetonu "Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və Latviyada dərc olunub. İlk şeirlər kitabı "Dostluq töhfəsi” Daşkənddə nəşr edilib.
Sayca 50-dən artıq kitab müəllifi olan şairin yaradıcılığı olduqca zəngindir. İlk sanballı əsəri "Üç qardaş” povestlər trilogiyasıdır. Sonra iki cildlik "Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. "Dünya mənim dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Daha sonra "Sönməz ocağın dühası” (M.Əlizadə ilə birlikdə), "Ömür karvanı”, "Bir ömrün dastanı” (rus dilinə tərcümə olunub), "Göyçənin tərlanı”, "Kişiliyi yaşadan kişi”, "Əzablı yolların yolçusu”, "Qasırğalar burulğanında”, "Tale hökmü”, "Qaçaq Tavat” adlı povest və romanları, "Buzov” və "Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi özündə əks etdirən ən qiymətli əsərlərdir. Ən son şeirlər toplusu olan "Taleyim alnıma yazılıb mənim” kitabı isə bu il nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Əməkdar jurnalist Səhrəd Məmmədovun qardaşıdır.
Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədr müavinidir.
Əsərləri Povest və romanları Sönməz ocağın dühası (2003) Ömür karvanı Göyçənin tərlanı (2006) Kişiliyi yaşadan kişi Əzablı yolların yolçusu Qasırğalar burulğanında Tale hökmü Qaçaq Tavat Mən görən kişilər Bir ömrün dastanı Özüm və sözüm Milləti və dövləti sarsıdan 15 gün Zirvə (2013)
Şeirlər toplusu Dünya mənim dünyam deyil Taleyim alnıma yazılıb mənim (2019) Dünyaya gəlməyə ömür tələsdi (2020) İtən şeirlərim (2024)
Pyesləri Buzov Tanrı hökmü
İstinadlar
Xarici keçidlər Məmməd Əfşanın rəsmi veb-saytı
Kateqoriya:Azərbaycan yazıçıları