Serxio Konseysao (, ) — Hal hazırda məşqçi olan, portuqaliyalı keçmiş futbolçu. İtaliyanın Milan klubunun baş məşqçisi. Futbolçu karyerasını 2009-cu ildə bitirib.

Karyerası Koimbrada anadan olub və Ribeira de Fradesdə böyüyən Konseysao karyerasına doğma şəhərin "Akademika" klubunun gənclər komandalarında başlayıb.

1991-ci ildə Portu klubuna dəvət edilir və "Portu"nun gənclər komandasına qoşulur. 1993-cü ildə klubun əsas komandasına dəvət edilir. Ancaq dərhal da "Penafiel" klubuna icarəyə göndərilir. 1994/95 mövsümünü isə "Leça" klubunda keçirir. Onun, Portuqaliyanın əsas liqası olan Primeira Liqada ilk mövsümü "Felgueiras" klubu ilə olur. 1995/96 mövsümündə burada 30 iyunda meydana çıxaraq 4 qol vurur.

1996-cı ildə "Portu"ya qayıdır. "Portu" ilə bu illərdə 2 dəfə Portuqaliya çempionu və ölkə kubokunun qalibi olur. Burada Konseysao sağ cinahdan sürətli reydləri, yaxşı qol duyumu ilə fərqlənir və xarici ölkə klublarının diqqətini cəlb edir.

1998-ci ildə Latsio Konseysaonu 11,2 milyon avroya transfer edir. O, İtaliya klubunda 2 il çıxış edir və İtaliya çempionatında meydana çıxdığı 63 oyunda 7 qol vurur.

2000-ci ilin iyulunda digər bir İtaliya klubu olan Parma klubuna keçir. "Parma"da 25 oyunda meydana çıxıb 5 qol vurur.

2001-ci ilin qış transferləri zamanı Konseysao İnter klubu ilə müqavilə imzalayır. "İnter"də çıxış. etdiyi iki il ərzində 41 matçda 1 qol vurur.

2003-cü ildə "Latsio" yenidən Konseysaonu heyətinə cəlb edir və futbolçu ilə 1 illik müqavilə imzalanır. Futbolçu burada yeddi oyun keçirdikdən sonra "Portu"ya keçir. "Portu"ya bu dəfəki gəlişində 7 oyunda meydana çıxır.

2004-cü ildə Konseysao Belçikanın Standard klubuna keçir. 2004/05 mövsümündə komandanın ən yaxşı oyunçusu olur. 2005-ci ildə Belçika çempionatının ən yaxşı oyunçusu seçilir.

2007-ci ildə "Konseysao "Əl-Qadsiya" klubuna keçir. O, burada bütün mövsümü əvəzedici komandada oynayır və əsas komanda ilə yalnız son 7 matçda iştirak edir.

2008-ci ildə Yunanıstanın PAOK klubu ilə 18 aylıq müqavilə imzalayır. 2008/09 mövsümündə klubun kapitanı oldu və müqaviləsi bitdikdən sonra futbolçu karyerasını bitirir.

Titulları

Oyunçu kimi

Komanda "Leça"

Sequnda Liga: 1994–95

"Porto"

Portuqaliya çempionu (3): 1996/97, 1997/98, 2003/04 Portuqaliya kubokunun qalibi: 1997/98 Portuqaliya Superkubokunun qalibi: 1997

"Latsio"

İtaliya çempionu: 1999/2000 İtaliya kubokunun qalibi (2): 1999/00, 2003/04 İtaliya Superkubokunun qalibi: 1998 Kuboklar Kubokunun qalibi: 1998/99 UEFA Super Kubokunun qalibi: 1999

Şəxsi Belçikada ilin futbolçusu: 2005

Məşqçi kimi

Komanda "Porto"

Portuqaliya çempionu (3): 2017/18, 2019/20, 2021/22 Portuqaliya kubokunun qalibi (4): 2019/20, 2021/22, 2022/23, 2023/24 Portuqaliya Liqa Kubokunun qalibi: 2022/23 Portuqaliya Super Kubokunun qalibi (3): 2018, 2020, 2022

"Milan"

İtaliya Superkubokunun qalibi: 2024

Şəxsi Primeira Liqada mövsümün baş məşqçisi (3): 2017/18, 2019/20, 2021/22 Primeira Liqada ayın baş məşqçisi (6): oktyabr/noyabr 2018, dekabr 2018, fevral 2020, dekabr 2020, dekabr 2021, mart 2022

İstinadlar

Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Fransa Liqa 1 məşqçiləri Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Portu FK futbolçuları Kateqoriya:Portu FK məşqçiləri Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri