Həsən İsmayıl Paşa (; ) — I Misir xidivi Kavalalı İsmayıl Paşanın oğullarından biri.

1855-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Mislimələk Qadınəfəndidir. İlk təhsilini burada aldıqdan sonra qardaşlarıyla birlikdə Avropaya göndərildi və orada hərbi təlim aldı.

Misirə döndükdən sonra atası tərəfindən hərbi paradla qarşılandı və ardından müxtəlif hərbi vəzifələrə göndərildi. Efiopiyaya və Rusiyaya qarşı tərtib olunan səfərlərdə hərbi birliklərə rəhbər təyin olundu. Atasının 1879-cu ildə taxtdan endirilməsinin ardından onunla birlikdə Neapola sürgünə göndərildi. Ancaq bir müddət sonra qardaşı xidiv Tofiq Paşa tərəfindən Qahirəyə çağırıldı və hərbi fəaliyyətinə davam etdi. Sudan üzərinə səfərə göndərildi və səfərin ardından öncə Qahirəyə, daha sonra İstanbula getdi. Burada Osmanlı sultanı Sultan Əbdülhəmid tərəfindən yavər təyin olundu.

22 mart 1888-ci ildə İstanbulda vəfat etdi və Sultan Əbdülhəmidin əmriylə cənazəsi İsgəndəriyyədə dəfn olundu.

Əziz adlı bir oğlunun olduğu, Ziba xanım adlı bir qızının isə müşir Dəli Fuad Paşayla evli olduğu bilinir.

İstinadlar Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı marşalları