Global Voices — dünya miqyasında vətəndaş mediasında deyilənləri tərcümə etmək və hesabat vermək məqsədi daşıyan yazıçıların, bloqqerlərin və rəqəmsal fəalların beynəlxalq birliyi. Harvard Hüquq Məktəbində Berkman İnternet və Cəmiyyət Mərkəzində başlanmış, 2004-cü ilin dekabrında keçirilən beynəlxalq bloqçuların görüşündə irəli sürülmüş qeyri-kommersiya layihəsidir. Təşkilat İtan Zuckerman və Rebekka MakKinnon tərəfindən təsis edilib. 2008-ci ildə Hollandiyanın Amsterdam şəhərində müstəqil qeyri-kommersiya təşkilatına çevrilib.

İstinadlar

Kateqoriya:2004-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Çoxdilli xəbər xidmətləri Kateqoriya:Vətəndaş mediası