Ubeydullah ibn Hüseyn ibn Əbu Həsən əl-Kərxi əl-Hənəfi (; ) — Hənəfi məzhəbini sistemləşdirilməsində töhfələr vermiş üsulçu və fəqih. İraq hənəfiliyinin nümayəndəsi.
Həyatı Əbu Həsən əl-Kərxi 874-cü ildə Kərxdə dünyaya gəlmişdir.
Mənbələrin yazdığına görə o, ibadətə, xüsusi ilə də namaza və oruca son dərəcə düşkün, vəra sahibi (günahdan həssaslıqla qaçan kəs) bir şəxs olmuşdur. Quran olan otağa dəstəmazsız girməyən, kasıblığa dözən, insanların sahib olduğu şeylərə paxıllıq etməyən bir şəxs olan əl-Kərxi, 951-ci ildə Bağdadda vəfat etmişdir.
Müəllimləri Əbu Həzim Abdullah ibn Əbdüləziz, Əbu Səid əl-Bərdəi, İsmayıl ibn Həmmad ibn Əbu Hənifə, Əbu Hənifə, İsmayıl ibn İshaq əl-Qazi, Əhməd Yəhya əl-Hulvani, Məhəmməd ibn Abdillah ibn Süleyman əl-Hədrəmi kimi alimlərdən dərs almışdır.
Tələbələri Əli ibn Məhəmməd ət-Tənuhi, Əbu Həmid əl-Mərvəzi (İbn ət-Təbəri deyə məşhurdur), Əbu Bəkr Əhməd ibn Məhəmməd Dəməğani, Əbu Bəkr əl-Cəssas, Əbu Əli Əhməd ibn Məhəmməd əş-Şaşi, Əbu Hüseyn əl-Quduri, Əbu Ömər ibn Hayuyə, Əbu Həfs ibn Şahin, İbn əs-Səllac, Əbu Məhəmməd ibn Əqfani, Əbu Səhl əz-Zücaci, Yusif ibn Əli ibn Məhəmməd əl-Cürcani, Yəhya ibn Məhəmməd əd-Dərir əl-Bəsri, Əli ibn əl-Həsən əs-Sərdari, Məhəmməd ibn əl-Həsən əş-Şəcəri, Əhməd ibn Əli ibn Məhəmməd ibn Musa kimi alimlərə də müəllimlik etmişdir.
Hənəfi məzhəbinin sistemləşdirməsindəki rolu Hənəfi fiqh üsulunun böyük ölçüdə ilk dəfə əl-Kərxi tərəfindən sistemləşdirildiyini söyləmək mümkündür. Əl-Kərxi bu sistemləşdirmə müddətində tək olmayıb özündən əvvəlki İsa ibn Əbanın özündən sonrakı dövrdə tamamlamaq məqsədli olmaq üzrə əl-Cəssas və əd-Dəbusi ilə əs-Səraxsi və Əbul-Usr əl-Pəzdəvinin rolu olmuşdur.
Əsərləri Əl-Müxtəsər. Əbu Bəkr əl-Cəssas, Quduri, İsbicabi, Rüknəddin əl-Kirmani və Əbu Abdullah əl-Bəsri tərəfindən şərh edilmişdir. Şərhul-Cəmius-Sağir. Şərhul-Cəmiul-Kəbir. Əl-Üsul. Məsələ fil-Əşribə və Təxlili Nəbizit-Təmr. Ər-Risalə.
Haqqındakı fikirlər Hənəfi məzhəbində həm üsul həm furu sahəsində müstəqil görüşlərə malik olan Əbul Həsən əl-Kərxini əl-Xətib başda olmaqla İbn Cəvzi, İbn Kəsir kimi müəlliflər mötəzilə olmaqda ittiham etmişdilər. İbn Həcərə görə isə onu mötəzilə olmaqda ilk ittiham edən Həsən ibn Furat olmuşdur. Onu hənəfi məzhəbinə mənsub alimlərin ağası sayırlar. Ləknəvinin qiymətləndirməsinə görə ictihadddaki dərəcəsi "müctəhid fil-məzhəb" idi. Əl-Kərxinin üsula bağlı olaraq açıqladığı prinsiplərin əvvəlki imamların söz və həllindən hərəkətlə olduğu şübhəsizdir. Sonrakı üsulçuların əl-Kərxinin üsula dair fikirlərinə ad verərək işarə etmişlər.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müctəhidlər