"Bibiheybət" Gəmi Təmiri Zavodu (BGTZ) — Azərbaycanda, Bibiheybət ərazisində yerləşən gəmi təmiri zavodu. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsusdur. Zavod, əsasən ASCO-nun floti və digər şirkətlərin gəmiləri və texniki avadanlıqları üçün təmir xidmətləri təqdim edir. Bu xidmətlərə müxtəlif növ ehtiyat hissələrinin hazırlanması, xüsusi boyalar və texniki vasitələrin təmin edilməsi daxildir. Gəmilərin texniki xidmətinin icrası, müəssisənin prioritetlərindən biridir. Zavod gəmilərdəki sistem və qurğuların, elektrik və radionaviqasiya avadanlıqlarının quraşdırılması, sazlanması və test edilməsi işlərini həyata keçirir. Bununla yanaşı, mühərriklərin və cihazların quraşdırılması və işləməsi üçün təmir və texniki xidmət işləri də zavod tərəfindən yerinə yetirilir.

Zavodun struktur bölmələri müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Burada Mexaniki-təmir, Gövdə-qaynaq, Enerji-mexaniki xidmət, Ağac emalı, Tərsanə, Təmizləmə-rəngləmə, Tökmə, Elektrik-quraşdırma və Boya istehsalı bölmələri fəaliyyət göstərir.

Zavodda gəmilərin doka qaldırılması və sualtı hissələrinin təmizlənməsi, təmiri və rənglənməsi müasir texnologiyalarla həyata keçirilir. Zavodun fəaliyyət istiqamətlərindən biri də enerjinin və mühərriklərin düzgün işləməsini təmin etməkdir. Elektrik və radionaviqasiya sistemlərinin səmərəli işləməsi üçün müasir cihaz və avadanlıqlar ilə təchiz olunmuş təmir və quraşdırma xidmətləri təqdim edilir.

Direktoru 2009-cu ildən Nəsib Qəhrəmanovdur.https://xezerinformasiya.com/36671-bibiheybt-gmi-tmiri-zavodunun-faliyyti-v-inkisafi.html

Tarixi “Bibiheybət”  Gəmi Təmiri Zavodu Xəzər Dəniz Neft Donanmasının  tərkibində 1949-cu ildə gəmi təmiri emalatxanası kimi  fəaliyyətə başlamışdır. 2013-cü ildə keçmiş Vano Sturua adına zavod da “Bibiheybət”  Gəmi Təmiri Zavoduna birləşdirilib.

Fəaliyyəti 2017-ci ildə Bibiheybət Gəmi Təmiri Zavodunda təmir işləri həyata keçirilmişdir. Tərsanəyə qaldırılan emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənmiş, dam örtüyü və gövdədəki qoruyucu tirlər yenilənmiş, istehsalat sahələrindəki bütün dəzgahlar təmir edilmiş, istilik və şirin su sistemləri isə dəyişdirilmişdir. Əlavə olaraq, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılmış və sanitariya sistemi yenisi ilə əvəz edilmişdir. Heyət və komanda işçilərinin otaqları təmir edilmiş və mebellərlə təmin edilmişdir. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri aparılmışdır.

2019-cu ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunda 73 müxtəlif təyinatlı gəmi təmir edilmişdir. Bu gəmilərdən 20-si əsaslı, 43-ü tərsanə, 9-u cari və 1-i qəza səbəbindən təmir olunmuşdur. Təmir edilən gəmilərin 67-si ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 2-si Dəniz Nəqliyyatı Donanmasına, 4-ü isə kənar təşkilatlara aiddir.

2020-ci ildə həmin zavodda 71 gəmi təmir edilmişdir. Gəmilərin 24-ü əsaslı, 30-u tərsanə və 17-si cari təmir olunmuşdur. Bu gəmilərin 60-ı ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i Dəniz Nəqliyyatı Donanmasına, 6-sı isə kənar təşkilatlara məxsus olmuşdur.

2022-ci ildə zavodda 98 gəmi təmir edilmişdir. Gəmilərin 25-i əsaslı, 43-ü tərsanə və 30-u cari təmir olunmuşdur. Bu gəmilərin 82-si ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 3-ü Dəniz Nəqliyyatı Donanmasına və 13-ü isə üçüncü şəxslərə məxsusdur.

2023-cü ildə burada, ümumilikdə, müxtəlif tipli 103 gəmi təmir olunub. Təmir olunan gəmilərdən 76-sı “Bibiheybət” GTZ-nin payına düşüb.

2024-cü ildə ASCO-nun tərkibindəki "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və "Bibiheybət" Gəmi Təmiri Zavodunda ümumilikdə 1088 gəmi təmiri işləri icra olunmuşdur. Təmir işlərinin 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-i cari olmaqla 189-u BGTZ tərəfindən həyata keçirilmişdir. Təmirə dayanan gəmilərin 27-si kənar təşkilatlara aid olmuşdur.

2024-cü ildə "Bibiheybət" Gəmi Təmiri Zavodunun istehsalat sexlərindən birinin damında 512 kvadratmetr ərazidə, hər biri 690 Vt gücündə olmaqla, 162 ədəd günəş paneli quraşdırılmışdır. Abşeronun il ərzində 2200–2400 saat günəşli hava şəraiti olduğu hesablanmışdır və buna görə də zavodda quraşdırılan sistem vasitəsilə il ərzində 240–260 MVt elektrik enerjisinin istehsal edilməsi təxmin edilir.

İstinadlar

Kateqoriya:Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Kateqoriya:Azərbaycan zavodları