Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.

Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi.

Döyüşlərdə iştirakı Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam–Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.

Ailəsi Ailəli idi, üç övladı var.

Oğlu, bort operatoru olan Elnur Mahmudovun da aqibəti eynilə atası, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq olmuşdur. Belə ki, 30 yaşlı Elnur Mahmudov 6 iyul 2011-ci ildə Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Xatirəsi Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Oxuduğu 220 saylı orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

2018-ci ildə haqqında "Göylərdə döyüş" adlı sənədli film çəkilmişdir.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 179.

İstinadlar

Xarici keçidlər

MAHMUDOV ƏRƏSTUN İSPƏNDİ oğlu (1957-1992)

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:İsmayıllıda doğulanlar Kateqoriya:Azərbaycandakı helikopter qəzalarında ölənlər Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan pilotları