Pəriçöhrə (Səriyyə) Diqqəti (d. 1949, Təbriz) - İran azərbaycanlısı, modelyer-dizayner və pedaqoq, xeyriyyəçi.
Həyatı Pəriçöhrə (Səriyyə) Diqqəti 1949-cu ildə Təbrizdə anadan olub.
1960-cı ildə ailəsi Tehrana köçmüşdür. Pedaqoji məktəbi bitirmiş və müəllim kimi işləməyə başlamışdır. Daha sonra İran İslam İnqilabında iştirak etmiş bir hərbçi ilə ailə həyatı qurmuşdur. 1990-cı ildə həyat yoldaşı vəfat etdikdən sonra Pəriçöhrə Fransaya köçmüş və qardaşlarının yanında yaşamışdır.
Bir müddət müəllim işlədikdən sonra modellik sahəsində fəaliyyət göstərmişdir. Bu sahəyə maraq özünün də müsahibələrində bildirdiyi kimi anasından gəlmişdir. Anasının əl işlərindən iham alaraq bu sahədəki işini genişləndirib mədəni bir cəmiyyət yaratmışdır.
O, “Banu” moda evinin modelyer-dizayneridir və Parisdə bir neçə dəfə sərgilər təşkil etmişdir.
Pəriçöhrə Diqqəti öz modelyer tərzini belə şərh edir:
Onun qardaşları Reza Diqqəti və Mənuçöhr Diqqəti beynəlxalq fotoqraf kimi tanınırlar. Reza Diqqəti A BŞ-da “National Geographic” jurnalının əməkdaşıdır. O, Qarabağ müharibəsi zamanı bölgədə çəkdiyi fotoları Avropaya çatdıran ilk fotoqraf olmuş və xaricdə Azərbaycan həqiqətlərini əks etdirən fotosərgilər təşkil etmişdir. Mənuçöhr Diqqəti də peşəsi ilə bağlı Fələstin müharibəsində iştirak etmiş və yaralanmışdır. Napoleonun tikdirdiyi hərbi xəstəxanada 3 il xəstə yatıb. Fransanın prezidenti Jak Şirak xəstəxanada onu ziyarət edilib.
Pəriçöhrə Diqqəti Fransaya köçdükdən sonra modelyer kimi fəaliyyət göstərmişdir. O, Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edərək, Səbail rayonunun Bayıl qəsəbəsində Zəngilandan olan məcburi köçkün uşaqları üçün məktəb, məktəb həyətində bağ və idman meydançası tikdirmişdir.
Pəriçöhrə Diqqəti ailəlidir. Onun iki qızı və bir oğlu var:
Pərisa Rövşanə – İncəsənət İnstitutunda fotoqrafiya ixtisası üzrə təhsil almışdır.
Aydın – Sorbona Universitetində təhsil almışdır.Hidayətqızı Saminə. Yüz türk qadını: I kitab. Bakı: Apostrof, 2012, s. 74
Həmçinin bax Reza Diqqəti
İstinadlar