Barbara Kassen (; ) — fransız filoloq və filosof. 2018-ci ildə Fransa Akademiyasına üzv seçilib.

Bioqrafiyası Mişel Dequ, Jan Bofre və Jan Bollak ilə birgə təhsil alıb. Rene Şar tərəfindən təşkil edilən Heydeqqerin seminarlarında iştirak etmişdir. Qədim yunan (Sokrataqədər, sofistlər, Aristotel) fəlsəfəsinin dilinin tədqiqatçısı olub. Parmenid, Aristotel, Hanna Arendt, Peter Sondinin əsərlərinin tərcüməçisi kim tanınır. Milli Elmi Tədqiqatlar Mərkəzinin və Paris IV Sorbonna Universitetinin əməkdaşıdır.

2007-ci ildən Alen Badyu ilə birlikdə Parisin Fayard nəşriyyatında “Ouvertures” adı altında fəlsəfəyə dair bir sıra kitablar nəşr etdirmişdir.

2018-ci ildə o, Fransa Akademiyasının doqquzuncu qadın üzvü seçilmişdir.

Yaradıcılığı Dil tədqiqatlarında Kassin Haydeggerin irsini, fransız nəzəri ritorikasını (o cümlədən J.Lakanın psixoanalizini) və Amerika analitik fəlsəfəsini birləşdirir. Bu araşdırmalarında o, fransız nəzəriyyəsinin dil oyunları ilə analitik fəlsəfədə adi dilin sərhədlərinin öyrənilməsi arasında fərqdən daha çox ortaq cəhətlərinin olmasını göstərməklə dünya fəlsəfəsinin analitik və kontinental iki əsas qolunu uzlaşdırmağa çalışmışdır. Kassinin ən fundamental əsəri onun redaktorluğu altında nəşr edilmiş "Avropa fəlsəfə lüğəti"dir. 2004-cü ildə nəşr edilmiş bu əsər 2014-cü ildə müəyyən düzəlişlərə yenidən çap edilmişdir.

Bu əsər tam şəkildə ingilis, ispan, rumın, ukrayna, italyan və digər dillərə əlavələrlə tərcümə edilmiş, qismən ərəb dilinə də tərcümə edilmişdir. Rus dilinə tərcüməsi ayrı-ayrı cildlərdə nəşr olunub, birinci cild 2015-ci ildə nəşr olunub.Балла-Гертман Ольга Анатольевна. Корни универсальности (Европейский словарь философий: лексикон непереводимостей / под руководством Барбары Кассен. Перевод с французского. - Т. 1. - Киев: дух i лiтера, 2015. - 450 с. ) // Вестник Самарской гуманитарной академии. Серия: Философия. Филология. — 2016. — Вып. 2 (20). — С. 133–137

Əsərləri

Le Plaisir de parler: études de sophistique comparée/Sous la dir. de Barbara Cassin. Paris: Minuit, 1986 Positions de la sophistique/Sous la dir. de Barbara Cassin. Paris: Vrin, 1986 Nos Grecs et leurs modernes: les stratégies contemporaines d’appropriation de l’Antiquité/Sous la dir. de Barbara Cassin. Paris: Seuil, 1992 L’effet sophistique. Paris: Gallimard, 1995 Aristote et le logos: contes de la phénoménologie ordinaire. Paris: P.U.F., 1997. — ISBN 9782130488514. Voir Hélène en toute femme: d’Homère à Lacan. Paris: Les Empêcheurs de penser en rond, 2000 Vocabulaire européen des philosophies. Paris : Seuil/Le Robert, 2004 Google-moi: la deuxième mission de l’Amérique. Paris: Albin Michel, 2006 Avec le plus petit et le plus inapparent des corps. Paris: Fayard, 2007 Heidegger. Le nazisme, les femmes, la philosophie, Paris: Fayard, 2010 Analytique/herméneutique Politiques de la mémoire Jacques le Sophiste. Lacan, logos et psychanalyse. Paris, Epel, 2012. — ISBN 978-2-35427-025-4. Plus d’une langue. Paris, Fayard, 2012. — ISBN 9782227483552. La nostalgie: Quand donc est-on chez soi?: Ulysse, Enée, Arendt. Paris: Autrement, 2013. — ISBN 978-2746734104.

İstinadlar Kateqoriya:XXI əsr Fransa qadınları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Yəhudi filosoflar Kateqoriya:Fransa tərcüməçiləri