Sofi Embler — Fransız mediyevist tarixçi; siyasət, etika və müharibə mövzularında tədqiqatlar aparan alim; Xaç yürüşləri tədqiqatçısı; O Devid Karpenterin rəhbərliyi altında London Kral Kollecində fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Fəaliyyəti 2012 və 2013-cü illər arasında Embler AHRC tərəfindən maliyyələşdirilən "Breaking of Britain" layihəsinin "Şimali İngiltərə xalqı" bölməsi üzrə elmi əməkdaş kimi cəlb edilmişdir. Embler 2013-cü ildən 2015-ci ilə qədər Şərqi İngiltərə Universitetində layihə üzərində işləyən elmi əməkdaş kimi Maqna Karta layihəsinə də cəlb edilmişdi.
Embler 2017-ci ildə Lankaster Universitetinə müəllim kimi qatılıb və 2021-ci ildən Mərkəzi və Son Orta əsrlər tarixi üzrə dosentdir. 2020-ci ildə Embler Filip Leverhulme Mükafatını alanlardan biri idi.
O "İkinci Baronların Müharibəsində" adlı məqaləsi ilə "İn Our Time" layihəsi çərçivəsində tez-tez televiziya və radioda çıxış edir.
2023-cü ildə Embler Qalalarının Tədqiqatı Fondundan maliyyə dəstəyi almışdır. O Kambriyada Louter Kasl Stid orta əsr məskəni və onunla bağlı kənd ərazisində tədqiqat aparmışdır. Layihənin məqsədi qalada arxeoloji qazıntılar və geofiziki tədqiqatlar vasitəsilə fundamental şəkildə araşdırmaq idi.
Seçilmiş əsərlər Kitablar
İstinadlar
Kateqoriya:Britaniya tarixçiləri Kateqoriya:Medievistlər