Qaraqulaq pəri quşu (Heliothryx auritus) — Polytminae yarımfəsiləsinə aid olan və manqo adlandırılan kolibri növü. Bu növə Argentina, Çili, Paraqvay və Uruqvay istisna olmaqla, Cənubi Amerikanın bütün qitə ölkələrində rast gəlinir.

Taksonomiya

Qaraqulaq pəri quşu ilk dəfə 1788-ci ildə alman təbiətşünası İohann Fridrix Gmelin tərəfindən Karl Linneyin "Təbiət sistemi” (Systema Naturae) əsərinin genişləndirilmiş nəşrində təsvir edilmişdir. Gmelin bu növü bütün digər kolibrilərlə birlikdə "Trochilus" cinsinə aid etmiş və onun binomial adını "Trochilus auritus" olaraq təyin etmişdir. Gmelin təsvirini 1760-cı ildə Matüren-Jak Brisson tərəfindən təsvir edilən "Le grand oiseau-mouche de Cayenne" və 1779-cu ildə Jorj-Lui Lekler de Büffon tərəfindən təsvir edilən "L'oiseau-mouche à oreilles" əsərlərinə əsaslanaraq hazırlamışdır. Bölmənin əvvəlindəki iki ulduz (**) Brissonun təsvirini nümunənin tədqiqi əsasında qurduğunu göstərir.

Hazırda Qaraqulaq pəri quşu alman zooloq Fridrix Boye tərəfindən 1831-ci ildə təqdim edilən "Heliothryx" cinsinə daxil edilir. Bu cinsin adı qədim yunan dilində "günəş" mənasını verən "hēlios" və "saç" mənasını verən "thrix" sözlərindən yaranmışdır. Növün xüsusi epiteti olan "auritus" latın dilində "qulaqlı" mənasını verir. Növün tip lokaliteti Fransız Qvianasının paytaxtı Kayenna şəhəridir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları